Xəbər xətti

17-03-2019

Yazarlar





Rublika
Arxiv
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Sumqayıtda 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirildi -ŞƏKİLLƏR

Baxılıb: 3374     Tarix: 16-01-2019 22:27   
Sumqayıtda  20 Yanvar faciəsi ilə bağlı tədbir keçirildi

20 Yanvar – Ümumxalq Hüzn günü ilə əlaqədar Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “20 Yanvar – Müstəqilliyə gedən yolda şərəf və qəhrəmanlıq tarixidir” adlı dəyirmi masa və rəsm sərgisi keçirilib.

Sumqayitfakt.Az xəbər verir ki, əvvəlcə qonaqlar Heydər Əliyev Mərkəzinin sərgi salonunda Bakı küçələrində azadlıq istəyən geniş xalq kütlələsinə qarşı sovet ordusunun döyüş hissələrinin törətdiyi misli görünməmiş faciəni əks etdirən rəsm sərgisinə, video çarxa baxış keçirmiş və yeniyetmələrin ifasında şeirləri dinlənilmişdir.

Daha sonra Mərkəzin Konfrans zalında davam edən tədbirdə çıxış edən Baş İdarənin rəisi Elgün Hümbətov 1990-cı il 20 Yanvar hadisələrindən artıq 29 il keçdiyini, keçmiş Sovet İttifaqının hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüzün insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu qeyd edib. Bildirildi ki, yalnız Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə yenidən qayıdışından sonra 1990-cı il “Qanlı Yanvar Faciəsi” nə hüquqi-siyasi qiymət verildi və terror aktının beynəlxalq aləmdə tanıdılması istiqamətində mühüm işlər görüldü. Prezident cənab İlham Əliyevin tapşırığı ilə 2009-cu ildə Bakı şəhərində 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə 20 Yanvar dairəsində memorial abidə kompleksi ucaldılmışdır. Hər il xalqımız igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, əziz xatirələrini böyük ehtiramla yad edir.

Digər çıxış edənlər Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov, Yeni Azərbaycan Partiyası şəhər Təşkilatının sədr müavini Elmar Xəlilov, Gənclər Evinin direktoru Pəri Vəliyeva həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd vətən övladlarının canlarından keçərək şəhidlik zirvəsinə ucaldıqlarını qeyd etdilər.
Sonda iştirakçılara Baş İdarənin “20 Yanvar” adlı məlumat xarakterli bukletləri paylanıldı.

Sumqayitfakt.Az










Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər