Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Sumqayıtda "Dan yeri" Ədəbi Birliyi təsis edildi - ŞƏKİLLƏR

Baxılıb: 2151     Tarix: 14-01-2019 13:41   
Sumqayıtda "Dan yeri" Ədəbi Birliyi təsis edildi - ŞƏKİLLƏR

Bu günlərdə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının ofisində "Dan yeri" Ədəbi Birliyinin bərpa yığıncağı keçirilmişdir.

Sumqayitfakt.Az xəbər verir ki, yığıncağı giriş sözü ilə açan Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhət təşkilatının sədri, Respublikanın Əməkdar jurnalisti, şair Rafiq Oday qeyd etmişdir ki, hələ sovet donəmində, otən əsrin 80-ci illərində yaranan ədəbi birlik bir sıra gənc yazarların yaradıcılıq yoluna işıq tutmuş, istedadı ilə seçilən gənclərin yazılarının bir sıra mətbu orqanlarda - qəzet və jurnallarda dərc olunmasına yardımçı olmuşdur.

Sonra ədəbi birlik 2000-ci illərin əvvəllərindən başlayaraq, Sumqayıt şəhərində fəaliyyətini davam etdirmiş və Birlik üzvlərinin bədii nümunələrindən ibarət bir neçə ədəbi almanax nəşr edilərək oxucuların ixtirarına verilmişdir.
Son dövrlərdə "Dan yeri" Ədəbi Birliyi fəaliyyətini dayandırmış və arada müəyyən fasilə yaranmışdı.
Vurğulanmışdır ki, müəyyən fasilədən sonra Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhət təşkilatının nəzdində "Dan yeri" Ədəbi Birliyinin fəaliyyətinin bərpa edilməsi haqqında qərar qəbul edilmişdir. Məqsəd də ondan ibarətdir ki, yenə də eyni missiyanı çiyinlərimizə götürərək, ədəbiyyatın və mətbuatın inkişafına dəstək göstərək, bununla da Azərbaycan ədəbiyyatına və mediasına öz töfhəmizi verək.
Qeyd olunmuşdur ki, yaxın gələcəkdə "Dan yeri" Ədəbi Birliyinin bazasında "Dan yeri" Ədəbiyyata və Mediaya (mətbuata) Dəstək İctimai Birliyinin yaradılması nəzərdə tutulur.

Tədbirdə "Manevr.az" MMC-nin baş direktoru, "Dəlidağ" Ədəbi Birliyinin sədri Namiq Dəlidağlı, "Yeganı yol" qəzetinin təsisçisi və baş redaktoru Firdovsi Cəfərxan, şair-publisist, tənqidçi Xaqani Abbasəli Öztürk, tanınmı şair Ələsgər Həsənli, şair-publisist Mədaxil Cavadlı, "Bahar" jurnalının baş redaktoru Ruhiyyə Bahar, "Dəlidağ" Ədəbi Birliyinin sədr müavini, şairə Sevinc Qərib, "Zaman və biz" qəzetinin təsisçisi və baş redaktoru Sübhan Arifoğlu, şair Polad Sabirli, şair-publisist Şərbətəli Mahmudov, "GƏNCƏ böyük hərflə" jurnalının baş redaktoru Elcan Oruclu, "Möhtəşəm Azərbaycan" qəzetinin baş redaktor müavini Mərcan Sabirqızı, həmin qəzetin şöbə müdiri, bədii qiraət ustası Gülnarə Şöhrəddinqızı, ədəbiyyatımızın və mətbuatımızın yaxın dostu, bir sıra mətbu arqanlarda fəaliyyət göstərən Natiq İsmayıloğlu və digər qələm sahibləri çixış edərək məsələ ilə bağlı münasibətlərini bildirmiş, "Dan yeri" Ədəbi Birliyi fəaliyyətinə uğurlar arzulamışlar.

Birliyin bərpa yığınağında ədəbiyyatımızın və mətbuatımızın hazırkı vəziyyəti haqqında söhbətlər aparılmış, Xaqani Abbasəli Öztürkün son dönəmlərdə qələmə aldığı ədəbi-tənqidi məqalələri və ağsaqqal şairimiz Şərbətəli Mahmudovun şeirləri müzakirə olunmuşdur.
Yığıncaqda "Dəlidağ" Ədəbi Birliyi ilə "Dan yeri" Ədəbi Birliyi arasında müştərək tədbirlərin keçirilməsi haqqında razılığa gəlinmişdir.

Sumqayitfakt.Az












Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər