Xəbər xətti

16-01-2019

Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu

“Müəllim üçün çətin test tapşırığı anlayışı olmamalıdır” – Ekspert

Baxılıb: 471     Tarix: 05-01-2019 12:10   
“Müəllim üçün çətin test tapşırığı anlayışı olmamalıdır”


"Bütün hallarda, müəllim üçün asan və çətin test tapşırıqları anlayışı olmamaldır. O, fənnini dərindən bilməli, daim öz üzərində işləməli və təkmilləşməyə meylli olmalıdır”.

Bu fikirlər tanınmış təhsil eksperti Etibar Əliyevin Təhsil Nazirliyinin bir qrup müəllim üçün keçirdiyi imtahanın biabırçı nəticələri ilə bağlı yazısındandır.

Sumqayitfakt.Az azpolitika.info-ya istinadən E.Əliyevin "Facebook”da paylaşdığı "Olimpiada burulğanı” adlı yazısını təqdim edir: "Bir neçə gün əvvəl Təhsil Nazirliyi Azərbaycan və rus bölmələri üzrə orta məktəblərdə riyaziyyat, informatika, fizika, kimya və biologiya fənlərindən dərs deyən bir qrup müəllim üçün müvafiq ixtisaslara uyğun olaraq, qapalı tipli test tapşırıqlarından imtahan keçirib. Nəticələrin acınacaqlı olması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub:

Belə ki;
Biologiya fənni üzrə: sualların yarıdan çoxunu düzgün cavablandıranlar (iştirak edib – 221 müəllim) – 51 faiz.

İnformatika fənni üzrə: sualların yarıdan çoxunu düzgün cavablandıranlar (iştirak edib – 129 müəllim) – 10 faiz.

Fizika fənni üzrə: sualların yarıdan çoxunu düzgün cavablandıranlar (iştirak edib – 180 müəllim) – 6 faiz.

Kimya fənni üzrə: sualların yarıdan çoxunu düzgün cavablandıranlar (iştirak edib – 201 müəllim) – 5 faiz.

Riyaziyyat fənni üzrə: sualların yarıdan çoxunu düzgün cavablandıranlar (iştirak edib – 405 müəllim) – 1 faiz.

Təhsil Nazirliyinin narazılıqlara münasibəti belə olub:
"Təəssüf ki, bəzən məsələyə geniş pəncərədən baxılmayaraq qeyri-müəyyən şərhlərlə şou effekti yaratmağa çalışan şəxslər var. Dünyanın aparıcı ölkələrində aparılan araşdırmalara görə, xüsusi istedadlı şagirdlər bütün şagirdlərin 2 faizini təşkil edir. Bu şagirdlərlə işləyəcək müəllimlərin müəyyən edilməsi üçün keçirilən müsabiqədə təqdim edilən tapşırıqlar kifayət qədər spesifik bir sahəni əhatə edir. Ona görə də bu meyarla müəllimləri dəyərləndirmək doğru yanaşma sayılmamalıdır”.

Bu münasibətə qismən haqq qazandırmaq olar. Lakin seçilmiş müəllimlərin imtahanlardakı nəticələri düşünmək üçün xeyli əsas verir. Səbəblər çoxdur:

– Ali məktəblərdə adları çəkilən fənlərin tədrisinin keyfiyyəti aşağı səviyyədədir. Ötən əsrin 80-90-cı illərinin dərsliklərindən istifadə edilir;

– Müəllimlər ali məktəbdən ayrıldıqdan sonra yalnız test tapşırıqları ilə məşğul olurlar, ixtisasları üzrə yeni ədəbiyyatlarla tanış olmurlar, başqa sözlə, fənlərinə yaradıcı yanaşmırlar;

– Xarici dildə ədəbiyyatlardan istifadə aşağı səviyyədədir;

– Müəllimlərin təkmilləşdirilməsi işi formal xarakter daşıyır;

– Fənn Olimpiadaları üzrə dərslik və dərs vəsaitləri yox səviyyəsindədir. Ən azında türk dilində çap olunmuş ədəbiyyatlardan istifadə olunmalıdır.

Gender faktorunu da bura əlavə edəkmi?


Həqiqət xatirinə onu deyim ki, biz ali məktəbdə oxuyan zaman fizika, riyaziyyat, kimya, informatika fənlərini tədris edən qadın müəllimə rast gəlmədik. Kişilərin məktəbi tərk etməsinin də bu prosesə ciddi təsiri var. Başqa bir dərdimizə diqqət edin: 3 mindən çox saxta diplomlu müəllim məktəbdən kənarlaşdırılıb. Orta məktəblərin İKT təminatına ayrılan 30 milyon manat vəsait göyə sovrulub.

Bütün hallarda, müəllim üçün asan və çətin test tapşırıqları anlayışı olmamaldır. O, fənnini dərindən bilməli, daim öz üzərində işləməli və təkmilləşməyə meylli olmalıdır. Diaqnostik qiymətləndirmə müəllimlərin imtahana yolunu açdı. Lakin bu həm də onlarda xeyli arxayınçılıq yaratdı. Biz də Beynəlxalq Olimpiadalara hazırlıq proqramının çətinliyini bilirik. Lakin başqa yolumuz da yoxdur. Bir misal çəkim: İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının keçirdiyi "Şagird nailiyyətlərinin qiymətləndirilməsi proqramı”nın son nəticələri göstərdi ki, çinli uşaqların oxu, riyaziyyat və təbiət elmlərindən qazandıqları savadın orta göstəricisi dünyada ən yüksəkdir. Böyük Britaniyanın Təhsil naziri pedaqoji təcrübəni bölüşmək məqsədilə çinli həmkarlarına müraciət etmişdir. İngilis məktəblərinə Şanxaydan 60 müəllim dəvət olunub. Məqsəd Britaniya məktəblilərinin riyaziyyat biliklərini və müəllimlərin pedaqoji təcrübəsini artırmağa xidmət edir. Çində müəllim və şagirdlər üçün olimpiada düşərgələri fəaliyyət göstərir.

2016-cı ildə Rusiyada "İlin müəllimi” seçilmiş Aleksandr Şaqalov müəllimləri aşağıdakı qrupa bölür:
Ortabab müəllim – şərh edir;
Yaxşı müəllim – izah edir;
Görkəmli müəllim – göstərir;
Böyük müəllim – ilham verir, ruhlandırır.

Bizə 4-cü tip müəllim lazımdır. Bunun üzərində baş sındırmaq lazımdır.

Şagirdi ruhlandıran müəllim…”


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər