Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Qarabağ Komitəsindən “hakimiyyətə dəstək verəcəyik” açıqlaması

Baxılıb: 3145     Tarix: 04-01-2019 11:17   
Qarabağ Komitəsindən “hakimiyyətə dəstək verəcəyik” açıqlaması



“Bu il Qarabağ nəyin bahasına olursa-olsun azad edilməlidir”

Siyasi və ictimai təşkilatların rəhbərlərinin, ziyalıların və ictimaiyyətin digər kəsimlərinin təmsil olunduğu Qarabağ Komitəsi 2019-cu ildə Qarabağa azadlıq tələbini sərt şəkildə gündəmə gətirəcəyini özünün cari il üçün fəaliyyət planında qeyd edib. Komitə həmçinin bəyan edib ki, siyasi təşkilat deyil və siyasi mübarizə aparmır.

Bəs Qarabağ Komitəsinin hədəflərində iqtidara Qarabağla bağlı çağırışlar etməklə yanaşı, iqtidarla Qarabağ məsələsində əməkdaşlıq etmək də varmı?

Qarabağ Komitəsinin İşçi Qrupunun üzvü, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, komitə ilk gündən Qarabağ məsələsində bütün cəmiyyətin, iqtidarla müxalifətin birlikdə hərəkət etməli olduğunu bəyan edib. Qarabağın işğaldan azad olunması üçün iki tərəfin, iki qanadın-xalqla hakimiyyətin birlikdə hərəkət etməsi ən vacib şərtdir: “Bunu iki qanad düsturu, formulu kimi də təqdim edə bilərik. Biz hakimiyyətə təzyiq edirik ki, müharibəni başlasın, başladığı andan isə hakimiyyətə tam dəstək verməyə hazır olduğumuzu bildirmişik. Biz Qarabağ naminə təzyiq və dəstək mövqeyindən çıxış edirik.

Azərbaycan yeni ilin ilk günlərindən mənasız danışıqlar və dialoq deyilən prosesdən imtina etməli, düşmənə qarşı müharibə variantına başlamalıdır. Bu il Qarabağ nəyin bahasına olursa-olsun azad edilməlidir. Yoxsa xarici işlər naziri deyir ki, bu il müəyyən irəliləyişlər ola bilər. Bu nə deməkdir?! 25 ildən sonra hələ də ”müəyyən irəliləyiş"dən danışırıq? Bu, biabırçılıqdır. Bu mövqedən əl çəkilməli, müharibə qərarı verilməlidir. Onda bütün gücümüzlə həm ön cəbhədə, həm də arxa cəbhədə iqtidara tam dəstək verəcəyik. Hakimiyyət tam əmin ola bilər ki, son və tam qələbə üçün biz bütün cəmiyyəti səfərbər etməyə, bütün ola biləcək təhlükə və təxribatların qarşısını almağa çalışacağıq. Bu məsələlərdə hakimiyyətə dəstək verəcəyik".

A.Nağı onu da qeyd etdi ki, Qarabağ Komitəsi Qarabağ mitinqi keçirmək məsələsini gündəmdə saxlayır:
“Komitənin 9 yanvar toplantısında xüsusi müzakirələrimiz olacaq, qərar da onda veriləcək. Mitinqin özü və ideyası bizim üçün cəmiyyətin Qarabağın azadlığı tələbi ətrafında səfərbər edilməsi və ayaqda saxlanılmasına yönəlik əsas vasitədir, silahdır. Silahımızı həmişə hazır vəziyyətdə saxlayırıq. Yaxın günlərdə digər istiqamətlərdə, Qarabağ qurultayının keçirilməsi, kütləvi imzatoplama kampaniyasının başlanması, Qarabağa dinc yürüş və sair tədbirlərlə bağlı konkret qərarlarımız olacaq”.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər