Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Ən çox oxunanlar
Sorğu

Telman İsmayılova Avraamın oğurlanmasında ittiham olunur

Baxılıb: 374     Tarix: 25-12-2018 10:10   
Telman İsmayılova Avraamın oğurlanmasında ittiham olunur


Rusiyanın İstintaq Komitəsinin müstəntiqləri müğənni Avraam Russonun 2004-ci ildə oğurlanması barədə cinayət işinin istintaqını başa çatdırıb.

Sumqayitfakt.Az-ın report-a istinadən məlumatına görə, Rusiyanın İstintaq Komitəsi hesab edir ki, oğurluğu "Çerkizov" bazarının sabiq sahibi Telman İsmayılov iki nəfərin - Zaur Mərdanovun və Vladimir Qusakovun köməyi ilə təşkil edib.

Məlumata görə, bazarın keçmiş müdiri 2004-cü ilin yanvarında müğənnini "Praqa" restoranında aldadaraq, onu restoranın ikinci mərtəbəsindəki kabinetinə çağırıb və digər şəxslərlə birlikdə Avraam Russonu döyüb.

T. İsmayılov Avraam Russodan bütün konsertləri ləğv etməyi, onun şərtləri altında müqavilə imzalamağı tələb edib.

Bundan sonra iki nəfər müğənnini zorla avtomobilin arxa oturacağına əyləşdirərək, bazarın sabiq rəhbərinin Moskva yaxınlığındakı evinə gətiriblər və artisti bütün tələbləri yerinə yetirməyə razılıq verincə bir gün orada saxlayıblar.

İstintaq Komitəsi işlə bağlı kifayət qədər sübutların toplanıldığını bildirib. Cinayət işi Baş Prokurorluğa göndərilib.

Bildirilir ki, cinayətin digər iştirakçılarının işi ayrıca icraata ayrılıb, onların cinayət əməlləri ilə bağlı istintaq davam etdirilir. Həmçinin təqsirləndirilən sabiq bazar direktoru T.İsmayılovun və digər şəxslərin beynəlxalq axtarışı davam edir.

Qeyd edək ki, əməliyyatçılar 2016-ci ilin noyabrında biznesmenin qardaşı Rafiq İsmayılovu və Mehman Kərimovu saxlayıblar. Onlar qətl işində şübhəli bilinirlər. 2017-ci ildə iş adamına qarşı qətldə iştirak və qanunsuz silah dövriyyəsi ilə bağlı qiyabi ittiham irəli sürüb.

Daha əvvəl Moskvanın Basmannı rayon məhkəməsi Çerkizov bazarının sabiq rəhbəri, azərbaycanlı milyarder Telman İsmayılovun bacısı oğlu Zaur Mərdanovu müğənni Avraam Russonun oğurlanmasında müqəssir bilərək iki ay müddətinə həbs edib.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər