Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Ən çox oxunanlar
Sorğu

Sloveniyada Mehdi Hüseynzadənin 100 illik yubileyi qeyd olundu

Baxılıb: 4102     Tarix: 14-12-2018 10:22   

Azərbaycanın igid oğlu, Sovet İttifaqı və Sloveniya qəhrəmanı Mehdi (Mixaylo) Hüseynzadənin (1918-1944) anadan olmasının 100 illik yubileyi münasibətilə onun azadlığı uğrunda vuruşduğu Sloveniyada silsilə tədbirlər keçirilir. Azərbaycan Respublikası müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev, ölkəmizin Avstriya, Sloveniya və Slovakiyadakı səfiri Qalib İsrafilov, Milli Məclisin deputatı Rauf Əliyev, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov və səfirliyin əməkdaşlarından ibarət nümayəndə heyəti yubiley tədbirlərində iştirak etmək üçün bu ölkədə səfərdədir.


Sumqayitfakt.Az
xəbər verir ki, səfərin birinci günü Azərbaycan nümayəndə heyətinin üzvləri Sloveniyanın Maribor şəhərində müharibə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üçün salınan Dobrava memorial park kompleksində Xocalı şəhidləri ilə bağlı xatirə lövhəsini ziyarət ediblər.

Azərbaycan-Sloveniya Dostluq Assosiasiyasının üzvlərinin də iştirak etdikləri mərasimdə nümayəndə heyəti Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş abidənin önünə əklil qoyub.

Dobrava memorial parkının direktoru, Avropada Əlamətdar Qəbiristanlıqlar Assosiasiyasının prezidenti Lidiya Pliberşek park və buradakı abidələr haqqında məlumat verib. Bildirilib ki, Xocalıda qəddarlıqla qətlə yetirilən günahsız insanların xatirəsinə həsr olunmuş bu lövhə dinc əhaliyə qarşı bəşəri cinayətlərin və müharibələrin pislənməsinə, humanizm və sülh dəyərlərinin gələcək nəsillərə ötürülməsinə xidmət edir.

Sonra nümayəndə heyəti Mehdi Hüseynzadənin Maribor şəhərindəki general Rudolf Mayster adına xatirə parkında ucaldılmış abidəsini ziyarət edib. Hərbi kvartetin ifasında hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra nümayəndə heyətinin üzvləri abidə önünə əklil qoyub, qəhrəmanın xatirəsinə ehtiramlarını bildiriblər.

Səfir Qalib İsrafilov mərasimdə çıxış edərək deyib ki, Azərbaycan və sloven xalqlarının qəhrəman oğlu Mehdi Hüseynzadə fenomeni iki ölkə arasında dostluq əlaqələrinin inkişafında mühüm əhəmiyyət daşıyır. Cəmi 26 il yaşamasına baxmayaraq, Mixaylonun misilsiz şücaətləri onu indiki və gələcək nəsillər üçün örnəyə çevirib.

Maribor şəhərinin vitse-meri Saşa Pelko vurğulayıb ki, Birinci Dünya müharibəsinin başa çatdığı 1918-ci ildə dünyaya göz açan Mehdi Hüseynzadə sülhün və əmin-amanlığın dünyada yenidən bərqərar olması uğrunda vuruşub. O, bu abidənin ucaldılmasında göstərdiyi dəstəyə görə ölkəmizin səfirliyinə və Azərbaycan-Sloveniya Dostluq Assosiasiyasına təşəkkürünü bildirib.

Mehdi Hüseynzadənin 100 illik yubileyi münasibətilə tədbirlər dekabrın 14-də onun partizan fəaliyyətinin mərkəzi olan Nova Qoritsa regionunda davam edəcək.


Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər