Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

Alimlər qadın orqanizmindən kənarda cift yetişdiriblər

Baxılıb: 255     Tarix: 03-12-2018 22:18   
Alimlər qadın orqanizmindən kənarda cift yetişdiriblər


Tədqiqatçılar insan ciftinin hüceyrələrindən üçölçülü ciftəbənzər orqanoid yetişdirməyi bacarıblar. Əsl cift kimi bir neçə hüceyrə qatlarından ibarət olan bu yeni kəşf hətta hormonlar əmələ gətirir. "Nature” jurnalında dərc olunan məqaləyə görə, "sınaq şüşəsindəki cift” laboratoriyada qadın orqanizmi ilə embrion arasındakı qarşılıqlı təsiri öyrənməyə, həmçinin dölün inkişafında pozuntuların və hamiləliklə bağlı patologiyaların tədqiqində yekun qərar verməyə kömək olacaq.

Eşli Moffetin rəhbərliyi ilə Kembric Universitetinin tədqiqatçıları gel matritsanın içində genetik cəhətdən stabil olan üçölçülü orqanoid (trofoblast) yetişdiriblər. Bu orqanoid hamiləliyin ilk üç ayında olan ciftin funksiyalarını yerinə yetirməyə qadirdir. Alimlər sübut ediblər ki, bu cür mini orqan laboratoriya şəraitində uzun müddət ərzində (1 ilədək) qala bilər və hüceyrələri yeni matritsalara təkrar əkməklə onu "artırmaq” mümkündür.

"Sınaq şüşəsindəki cift”in yetişdirilməsi üçün müəlliflər donor materialını bir neçə qadının cift hüceyrələrindən götürərək xüsusi matriksə yerləşdiriblər. Bundan başqa, alimlər matriksdəki hüceyrələrin bölünməsini və təbəqələşməsini təmin edən hormonların və inkişaf amillərinin uyğun kombinasiyasını seçərək, inkişaf mühiti üçün çoxsaylı variantlar axtarıblar.

Yekunda alınan orqanoidin analizi göstərib ki, o, matritsada hüceyrənin iki əsas populyasiyası ilə əsl narıntüklü trofoblast formalaşdırıb. Bunlardan biri uşaqlığın endometriyası və analıq arteriyaları ilə qarşılıqlı təsirdə olan narıntüklü qatdır, digəri isə maddələr mübadiləsi və hormon məhsuldarlığına cavab verən ekstra sintsitiotrofoblast hüceyrələrdir. Mini orqanın, həmçinin hormonların məhsuldarlıq bacarığına da malik olması aşkarlanıb. O, sidik vasitəsilə hamiləliyi müəyyən edən ekspress-testlərin əsasını təşkil edən horionik qonadotropini sintezləşdirir. Hormonun məhsuldarlığının təsdiq olunması üçün müəlliflər hətta bu test vasitəsilə mini ciftin böyümə mühitini təhlil ediblər. Testin nəticəsi uğurlu alınıb.(azertac.az)

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər