Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

Sumqayıt Dövlət Dram Teatrının yaradıcı heyəti məktəblilərlə görüşüb... - FOTOLAR

Baxılıb: 4104     Tarix: 02-12-2018 13:41   
Sumqayıt Dövlət Dram Teatrının yaradıcı heyəti məktəblilərlə görüşüb...
Sumqayıt Dövlət Dram Teatrı son aylarda tamaşaçı ilə ünsiyyəti gücləndirmək, onların bədii-estetik zövqünü, mədəni tələbatını öyrənmək məqsədi ilə bir sıra kreativ ideyalar gerçəkləşdirib.

Teatrın repertuarında önəmli yer tutan Nizami Muradoqlunun "Zülmətdə nur" əsəri dahi dramaturq, mütəfəkkir şair, Azərbaycan aydını Hüseyn Cavidin faciəsinə həsr olunub. Habelə paralel xəttlərdə Cavidin əqidə və qələm dostları Əhməd Cavad və Mikayıl Müşfiqin də nakam talelərinə nəzər salınır. Bu tamaşa orta məktəb şagirdləri , yeniyetmələr üçün də aktualdır. Elə bunu nəzərə alan teatrın direktoru, əməkdar artist Mübariz Həmidovun təşəbbüsü ilə məlum kontingent teatrda səhnə əsərini izlədikdən sonra tamaşanın müzakirəsinə dəvət olunur. İlk təşəbbüs Sumqayıt şəhər 31 saylı məktəbdən gəldi. Qarşılıqlı anlaşmaya görə noyabrın 30-da məktəbin akt zalında gerçəkləşən tədbirdə yaradıcı heyət alqışlarla qarşılandı. Məktəbin direktoru əməkdar müəllim Xanım Əhmədova çıxış edərək layihənin aktuallığından danışdı. Xanım müəllimə bildirildi ki , orta məktəbin ədəbiyyat proqramında H.Cavid, Ə.

Cavad və M. Müşviq tədris olunur. Tamaşada şagirdlər nəzəriyyədə oxuduqlarını vizual seyr edə bilirlər , bir anlıq o illərin acı günlərini yaşayırlar , böyük söz ustadlarımızın keçirdikləri iztirabları hiss edirlər. Bu tip tamaşalar milli dəyərlərimizin, mədənyyətimizin, tariximizin məktəblilərə aşılanmasında mükəmməl vasitədir. Bu çox gözəl təşəbbüs, uğurlu addımdır. Daha sonra yaradıcı heyət- tamaşanın quruluşçu rejissoru xalq artisti Firudin Məhərrəmov, Cavid əfəndi obrazını məharətlə canlandıran aktyor Habil Xanlarov, Əməkdar artistlər Rauf Ağakişiyev (Əhməd Cavad), Sədaqət Nuriyeva (Şükriyyə xanım), Cəlal Məmmədov (Mikayıl Müşfiq) və aktyorlar Şəmistan Süleymanlı (Ərtoğrul), Oktay Mehdiyev (İblis) məktəblilərin suallarını cavablandırdı, təəssüratlarını dinlədi.
Sonda yaradıcı heyət isti münasibətə, səmimi diskussiyaya görə məktəb rəhbərliyinə təşəkkürünü bildirdilər. Qeyd edək ki, teatrın belə layihələri gələcəkdə də davam etdiriləcək.

Teatrın mətbuat xidməti






Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər