Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

Sumqayıtda gənc könüllülərin “Şahmat Turniri” keçirildi - FOTOLAR

Baxılıb: 378     Tarix: 01-12-2018 22:55   
Sumqayıtda gənc könüllülərin “Şahmat Turniri” keçirildi - FOTOLAR

Bu gün Sumqayıt Şahmat Məktəbində şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Sumqayıtın gənc könüllüləri arasında “Şahmat Turniri” keçirildi.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.
Tədbirdə çıxış edən Baş İdarənin rəis əvəzi Elgün Hümbətov turnirin Ulu Öndərin xatirəsinə həsr edildiyini və ölkə başçısı cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi 2017 - 2021-ci illərdə” dövlət proqramının müvafiq bəndlərinə uyğun olaraq gənclərin dünya görüşünü, intellektual səviyyəsini, zehni inkişafını stimullaşdırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə keçirildiyini diqqətə çatdırdı. Bildirildi ki, ölkədə gənclər siyasətinin banisi olan Heydər Əliyev gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab etmiş, dövlətin bütün sahələrində gənclərin iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi. Bu gün də gənclərin inkişafı, onların dünya görüşünün artırılması, beynəlxalq arenaya inteqrasiyası dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Son illər Azərbaycanda keçirilmiş mötəbər tədbirlər ölkəmizdə gənc könüllülər ordusunun formalaşmasına təsirini göstərmişdir. Azərbaycan könüllülərlə bağlı qanun qəbul edən ilk ölkələrdəndir. “Azərbaycan Gəncliyi” Dövlət Proqramında da ölkəmizdə könüllülər hərəkatının stimullaşdırılması ilə bağlı xüsusi bənd vardır. Çıxışlarda həmçinin Gənclər və İdman Nazirliyinin o cümlədən şəhər rəhbərliyinin gənclərə göstərdiyi diqqət və qayğıdan geniş söhbət açıldı.

Turnirdə şəhərin müxtəlif sahələrini təmsil edən 10 komanda iştirak edib.

Gərgin və maraqlı şəraitdə keçən yarışın sonunda I yerə Sumqayıt Dövlət Universitetinin Şah, II yerə Sumqayıt Dövlət Texniki Kollecinin Kapitanlar, III yerə isə Sumqayıt Dövlət Universitetinin Zəfər komandaları layiq görülmüşlər. Qaliblərə Baş İdarənin kubok, fəxri fərman və xatirə hədiyyələri təqdim olunmuşdur.

Sumqayitfakt.Az









Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər