Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

Benzinin bahalaşması gündəmdən çıxdı - SƏBƏB

Baxılıb: 283     Tarix: 21-11-2018 09:22   
Benzinin bahalaşması gündəmdən çıxdı - SƏBƏB


NEZ-də yenidənqurma işlərinin 3 mərhələdə həyata keçirilməsi nəzərdə tutulub

Məlum olduğu kimi, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu oktyabrın 1-dən təmirə dayandırılıb. Təmir prosesinin təxminən bir ay davam edəcəyi nəzərdə tutulurdu.

SOCAR zavoddakı təmir işləri ilə əlaqədar artıq Rusiyadan Aİ-92 markalı benzinin idxalına da başlamışdı.

İqtisadçı-alim Qubad İbadoğlu o zaman bildirmişdi ki, həm Rusiyadan idxal zərurəti, həm də “Avro-5" standartlarına uyğun məhsul istehsalının başlanmasına hazırlıqla bağlı Azərbaycanda Aİ-92 markalı benzinin qiymətində artıma gedilə bilər: ”Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə dəyişikliklər edilməsi haqqında qərar qəbul edib. Ölkəyə idxal edilən Aİ-92 markalı benzin 15 faizlik gömrük rüsumundan azad edilib və bu markalı benzin üçün aksiz dərəcəsi 200 manatdan 1 manata endirilib. Hər iki qərar oktyabrın 1-dən qüvvəyə minib və bu ilin son 3 ayında tətbiq olunacaq. Bundan əlavə, Bakı Neft Emalı Zavodunda modernləşmə işləri aparılır ki, ondan sonra burada “Avro-5" standartlarına uyğun məhsullar istehsal olunacaq. Bundan əlavə, ölkədə avbtomobil idxalında ciddi artım var”. İqtisadçı-alimin fikrincə, bütün bunlar yaxın zamanlarda Azərbaycanda benzin və dizel yanacağının qiymətinin artırılacağını göstərir".

Bakı Neft Emalı Zavodu planlaşdırılmış illik təmirə dayandığı müddət ərzində 70 min ton Aİ-92 markalı benzin idxal edilib. Bunu report-a açıqlamasında SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

SOCAR rəsmisi qeyd edib ki, bu həcmin 40 min tonu Rusiyadan idxal edilib: “30 min ton Aİ-92 markalı benzin isə Avropadan Kulevi terminalı vasitəsilə ölkəyə gətirilib”. İ.Əhmədov bildirib ki, zavodda artıq planlaşdırılmış təmir işləri yekunlaşıb və bütün qurğular işə salınıb.

O, zavodun modernizasiya və yenidənqurma layihəsindən də danışaraq qeyd edib ki, artıq yaxın zamanlarda yeni Bitum qurğusu istifadəyə veriləcək: “Artıq bu qurğunun da açılışına hazırlıq işləri görülür”.

Qeyd edək ki, bu il oktyabrın əvvəlində Heydər Əliyev adına Neft Emalı Zavodu planlaşdırılmış illik təmirə dayandırılmışdı. Prosedurlara uyğun olaraq ildə bir dəfə bütün neft emalı zavodlarında sazlama işləri aparılır. Həmçinin Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda da hər il qrafik üzrə bu sazlama işləri həyata keçirilib.

Bildirək ki, Heydər Əliyev adına Neft Emalı Zavodunda modernizasiya və yenidənqurma layihəsinə 2015-ci ildən başlanılıb.

NEZ-də yenidənqurma işlərinin 3 mərhələdə həyata keçirilməsi nəzərdə tutulub:

I mərhələ üzrə 2018-ci ilin sentyabr ayında yeni bitum qurğusu və müvafiq ümumi zavod təsərrüfatı qurğularının, eləcə də yeni maye-qaz doldurma məntəqəsinin tikilib istismara verilməsi;

II mərhələdə 2020-ci ilin sonunadək “Euro-5" keyfiyyət standartına cavab verən dizel yanacağının alınması üçün yeni qurğuların inşası və müvafiq yenidənqurma işlərinin icrası;

Son mərhələdə isə 2021-ci ildə “Euro-5" keyfiyyət standartına cavab verən Ai-92/95/98 benzin məhsullarının istehsalı üçün müvafiq yeni qurğuların inşası və yenidən qurulması işlərinin aparılması.

Aparılacaq işlər nəticəsində istehsal olunan benzin və dizel yanacağının keyfiyyət göstəriciləri “Euro-5" standartına cavab verəcək, həmçinin bazarın tələbatına uyğun olaraq zavodda Ai-92/95/98 benzin markalarının istehsalı təmin ediləcək.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər