Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Baxılıb: 3947     Tarix: 16-11-2018 21:47   
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi noyabrın 15-də Xırdalan şəhər 23 saylı körpələr evi-uşaq bağçasında “Uşaq hüquqları aylığı” çərçivəsində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.
Sumqayitfakt.Az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd tərbiyəçi müəllim və uşaqların fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, bağçalarda baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır. Toplantıda Sumqayıt Regional Mərkəzinin, I ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin, Abşeron rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, Abşeron rayon İcra Hakimiyyətinin əməkdaşları, bağçanın tərbiyəçi müəllimələri və uşaqlar iştirak ediblər. Əvvəlcə, bağçada təhsil alan uşaqların əl işləri nümayiş olunub. Nəzəri və praktiki olmaqla iki hissədən ibarət olan tədbirin I hissəsində Mərkəzin əməkdaşları “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı?”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Odsöndürən balonlardan istifadə”, “Dəm qazı”, “Çimərliklərdə təhlükəsizlik qaydaları” və “112” qaynar xətti” mövzularında məlumat veriblər. Daha sonra suallar cavablandırılıb və maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları, bukletlər paylanılıb. “Uşaq Hüquqları Konvensiyası” barədə, eləcə də uşaq hüquqlarının qorunması və təşviqi sahəsində ölkəmizdə həyata keçirilən tədbirlərdən danışan Mərkəzin Maarifləndirmə sektorunun rəhbəri Emin Ramazanov və bağçanın müdiri Aybəniz Sadıqova, azyaşlıların, uşaq və yeniyetmələrin fövqəladə hallara hazırlanması, onlara belə vəziyyətlərdə necə hərəkət etməsini aşılamağın diqqət mərkəzində saxlanılan məsələlərdən olduğunu qeyd ediblər Çıxışlardan sonra Fövqəladə Hallar Nazirliyinin hazırladığı “Uşaqları çimərlikdə nəzarətsiz qoymayın” və “Uşaqlarımızın həyatını təhlükəyə atmayaq” adlı videoçarx nümayiş olunub. Tədbirin praktiki hissəsində şərti olaraq bağçanın həyətində süni yanğın səhnəsi təşkil edilərək Abşeron rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən baş verən yanğın lokallaşdırılaraq söndürülüb.Həmçinin Abşeron rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvə və texnikasına baxış keçirilib, onların təyinatı və istifadəsi qaydaları haqqında məlumat verilib. Sonda bağçanın tərbiyəçisi Vüsalə Nəsibovanın təşkilatçılığı, rus bölməsi üzrə məktəbəhazırlıq qrupunun körpə fidanlarının iştirakı ilə hazırlanmış ədəbi-bədii hissə nümayiş olunub.

FHN Sumqayıt Regional Mərkəzin
Maarifləndirmə sektoru











Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər