Xəbər xətti

10-12-2018

Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

Gənc müğənnidə hansı xəstəlik var? - Psixoloqdan şok sözlər

Baxılıb: 462     Tarix: 12-11-2018 18:11   


Müğənni Mirkamil Kamilovda şəxsiyyət pozuntusunun isterik tipi müşahidə edilir.

Sumqayitfakt.Az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında psixoloq Gülnar Orucova gənc müğənni Mirkamil Kamilovun sosial şəbəkələrdəki son paylaşımlarına münasibət bildirərkən deyib. O bildirib ki, bu tip şəxsiyyət pozuntusu olan insanlar reallıqla öz fantaziyalarını ayırd edə bilmirlər:

"Bir neçə şəxsiyyət pozuntusu var: paranoid, şizoid, dissosial, emosional davamsız (affektiv), impulsiv sərhədi (aralıq) tip, isterik (nümayişkar), anankastik və s. Müğənni Mirkamil Kamilovda isterik tipdir. İsterikin əsas xüsusiyyəti olduğundan artıq görünməyə, həmişə diqqət mərkəzində olmağa, daha çox həyəcan keçirməyə çalışmaqdır. Əslində, bu şəxsiyyət pozuntusu olan insanlara "gopçu insanlar" da deyirlər. Onların elə fantaziyaları olur ki, reallıqla öz fantaziyalarını ayırd edə bilmirlər. Əsasən də əvvəl diqqət mərkəzində olmuş insan olubsa və sonra unudulursa, onlar əvvəlki vəziyyətlərinə qayıtmaq üçün öz fantaziyalarından istifadə edirlər. Belə tip insanların reallaşdıra bilmədikləri arzuları olur. Mirkamildə də bu belədir. Əslində, onun edə biləcəyi bir şey yoxdur, sadəcə fantaziyalarından istifadə edərək, nəyisə nümayiş etdirmək istəyir. Amma nümayiş etdirdiyi şeylər reallığa uyğun olmadığı üçün onu şizofren də adlandıra bilərlər. Bəzi davranışlar cəmiyyətdə normal qəbul edilir, amma onlar şizofreniyanın əlamətləridir. Məsələn, həddindən artıq dodağı qabağa verib şəkil çəkdirmək də bu qəbildəndir. Ancaq biz indi buna xanımların şıltaqlığı kimi baxırıq".

Qeyd edək ki, "Xalq ulduzu" müsabiqəsi ilə populyarlaşan müğənni Mirkamil Kamilov İnstaqramda qəribə paylaşımları ilə gündəmə gəlib. O, yaxın qohumları və həkimləri ilə bağlı məlumat yayaraq, onu öldürmək istəmələrini iddia edir. Bundan başqa o, "oğru"ların, siyasətçilərin, sənətçilərin fotolarını paylaşaraq şərh bildirir.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər