Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Ən çox oxunanlar
Sorğu

Pənah Hüseyn futbol oynadı, nəvəsi etiraz etdi: "Dədəmi niyə udursunuz..." - FOTOLAR

Baxılıb: 352     Tarix: 08-11-2018 16:44   
Pənah Hüseyn futbol oynadı, nəvəsi etiraz etdi: "Dədəmi niyə udursunuz..." - FOTOLAR


Kişilərin sosial statusundan və yaşlarından asılı olmayaraq, futbola olan maraqları hər kəsə məlumdur.

Bu dəfə futbolla bağlı paylaşımı ilə sabiq baş nazir Pənah Hüseyn diqqət mərkəzinə düşüb.

Belə ki, o, dünən öz yaxın dostları ilə oynadığı oyundan sonrakı təəssüratını izləyiciləri ilə bölüşüb.

Musavat.com sabiq baş nazir Pənah Hüseynin paylaşımını olduğu kimi sizlərə təqdim edir: "Dostların xahişi ilə bu günkü futbol oyunumuza dair xəbərə komentimi ayrıca status şəklində paylaşıram.

"Oyunda bizim komanda darmadağın hesabla (5- 21) uduzsa da unudulmaz bir saat yaşadıq. Baxmayaraq ki, oyunun gedişində məlum oldu ki, rəqib komandada peşəkar futbolda olmuş oyunçular var, rəqibləri qələbə münasibəti ilə ürəkdən təbrik etdik. Mən şəxsən 10-cu dəqiqədə hər iki diz qapağından ciddi zədə almağıma rəğmən bütün matçı axıradək oynadım. Bütün 1 saatda dayanmadan hərəkət etdim. Bir neçə dəfə xuliqanlıq dərəcəsində kobud oyuna yol verdim ki, buna görə özümü haqlı saymıram. Ancaq açığı peşmançılıq hissi də nədənsə yoxdur. Nəvəm Altay rəqib komandaya küfür edə-edə "nə üçün dədəmi udursunuz" deyib, meydana hücum edəndə isə qəşş etdim. Eşq olsun futbola, və şükür olsun Allaha ki, bizə hərdən belə anlar yaşadır. Ayaq barmaqlarım və dizlərim qanın içindədir. Bir neçə yerdə şiş və hemotoma var, amma oturub bunları yazdım. Növbəti oyunda mütləq qalib gəlib, bu rüsvayçı məğlubiyyətin əvəzini çıxmaq üçün nəticələr çıxarılacaq, komandada dəyişikliklər ediləcək".

Sumqayitfakt.Az





Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər