Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Sorğu

Ərindən sonra həbs olunan Hacıyeva şokda - 500 minlə azad olmaq istəyir

Baxılıb: 460     Tarix: 07-11-2018 09:50   


Ötən həftə London polisi tərəfindən həbs edilən Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın həbsinin yeni detalları məlum olub.
[/b]

Sumqayitfakt.Az
qafqazinfo-ya istinadən xəbər verir ki, 55 yaşlı Zamirə Hacıyevanın barristeri Hyuqo Keyt baş hakim Emma Arbutnota müraciət edərək onun 3 uşaq anası olmasını nəzərə alaraq ev dustaqlığına buraxılmasını xahiş edib.

Keyt gələn ilin iyununda Londonda keçiriləcək Hacıyevanın Azərbaycana ekstradiyasını nəzərdə tutan məhkəmə prosesindən əvvəl onun girov qarşılığında sərbəst buraxılmasını istəyib. O bildirib ki, hələ ötən həftədən müvəkkilinin həbsi orderinin aktivləşdirilməsindən sonra bu qərar Hacıyeva üçün "şok effekti” yaradıb.

Vəkil qeyd edib ki, Zamirə Hacıyevanın "böyük pullar xərcləməsi”nə baxmayaraq, Azərbaycan tərəfinin ittihamında onun bankdan pul oğurlaması göstərilmir. Pulları ailənin yeganə qazanc mənbəyi olan əri – Cahangir Hacıyev götürüb.

Hakim Azərbaycan tərəfinin sorğusuna əsasən Hacıyevanın bankomatlardan 8 milyon funt sterlinq çıxararaq müxtəlif məqsədlər üçün xərclədiyi sitatını əsas gətirdikdə barrister belə cavab verib: "Onu iri məbləğdə pul xərcləməkdə və vəsait mənimsəməkdə ittiham edirlər. Ancaq bu o demək deyil ki, o, həmin gəlirlərin cinayət yolu ilə əldə edildiyini bilirdi”.

Keyt bildirib ki, Hacıyeva ölkədən çıxmaq üçün heç də potensial təhlükə hesab edilmir. Çünki onun Böyük Britaniyada uşaqları ilə sıx əlaqəsi var. Üstəlik, Hacıyeva əri həbs edildikdən sonra tamamilə "pulsuz qalıb” və o, dostlarının, ailə üzvlərinin köməyinə güvənib.

Barrister müvəkkilinin ev dustaqlığına buraxılması üçün 500 min funt sterlinq girov qoya biləcəyini deyib. Ancaq prokurorlor buna etiraz ediblər və iş Ali Məhkəmədə baxılacaq. Yalnız Ali Məhkəmə girov qoyulub-qoyulmaması məsələsinə qərar verəcək.


Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər