Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Ən çox oxunanlar
Sorğu

Azərbaycanda təhlükəli qriplə bağlı Səhiyyə Nazirliyindən AÇIQLAMA

Baxılıb: 456     Tarix: 23-10-2018 22:00   

Hazırda Azərbaycanda kəskin respirator virus infeksiyaları və qriplə bağlı epidemioloji vəziyyət sabitdir.
Sumqayitfakt.Az xəbər verir ki, bunu trend-ə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Hava-damcı infeksiyaları bölməsinin həkim-epidemioloqu Nəzmiyyə Brumendfard deyib.

Onun sözlərinə görə, bu il ağır kəskin respirator virus infeksiyalarına yoluxanların sayında artım müşahidə edilməyib və infeksiyalara yoluxanların builki sayı ötənilki səviyyədədir.

N.Brumendfard əlavə edib ki, ötən il Azərbaycanda ağır kəskin respirator virus infeksiyalarına yoluxan insanların 78-də qrip aşkarlanmışdı: “Onlarda da adi qrip - “B” qripi olub. Bu qrip pandemik qrip virusu hesab olunmur. Azərbaycanda qrip virusu dövr edirsə, bu, diqqətdən yayına bilməz. Hələ ki, ölkə ərazisində kəskin respirator virus infeksiyaları və qriplə bağlı narahatlıq yoxdur, vəziyyət stabildir”.

Mərkəz rəsmisi qeyd edib ki, son illər ərzində Azərbaycanda daha təhlükəli olan “A” tipli qripə yoluxma halı aşkarlanmayıb:

“Azərbaycanda hələ ki, təhlükəli qrip növü aşkarlanmayıb. Bu il mövsüm yeni başladığından hələlik kəskin respirator virus infeksiyalarına yoluxma halı da qeydə alınmayıb”.

N.Brumendfard payız-qış mövsümündə bəzi xəstələrin qoruyucu steril maskalardan istifadə etməməsinin də kəskin respirator virus infeksiyalarının yayılmasında mühüm rol oynadığını söyləyib:

“Bizdə əhali xəstələndikdə qoruyucu maska taxmır, maska taxmağa utanırlar. Əgər xəstə insan maska taxmırsa, onda sağlam insan maska taxaraq özünü infeksiyadan qorumalıdır. Maskalar 4 saatdan bir yenisi ilə dəyişməlidir. Əks halda, xəstə insan özünün tənəffüs yollarından gələn infeksiya ilə yenidən infeksiyaya yoluxa bilər”.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər