Xəbər xətti
18-10-2021
17-10-2021
16-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Azərbaycanlı hacıların səhhətində problem yaranıb

Baxılıb: 2631     Tarix: 24-08-2018 16:54   
Azərbaycanlı hacıların səhhətində problem yaranıb


Həcc ziyarətinin bütün əməlləri yerinə yetirilib və azərbaycanlı hacılar avqustun 23-də Minadan Məkkəyə qayıdıb.

Sumqayitfakt.Az xəbər verir ki, bunu report-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul nümayəndəsi, hazırda Səudiyyə Ərəbistanında olan Azərbaycanın Həcc missiyasının üzvü Həmdulla Babayev deyib.

Onun sözlərinə görə, azərbaycanlı hacılar avqustun 29-na kimi Məkkədə qalacaq və gündəlik namazları qılacaqlar.

H.Babayev bildirib ki, hazırda azərbaycanlılar arasında ağır xəstə yoxdur: "Sadəcə, insanlar arasında bir az soyuqdəymə halları qeydə alınıb. Bu da təbiidir. Hətta özüm də soyuqlamışam. Çünki isti havaya çıxıb hotelə geri qayıdanda soyuq su içir və kondisionerli otaqda oluruq. Ümumilikdə isə hər şey qaydasındadır. Hər kəsin əhval-ruhiyyəsi yaxşıdır".

QMİ rəsmisi vurğulayıb ki, azərbaycanlı hacılar avqustun 29-dan etibarən Mədinəyə yola düşəcək: "Sentyabrın 1-də isə üç reys olmaqla Bakıya geri dönüşlər həyata keçiriləcək".

Qeyd edək ki, bu il Həcc ziyarəti üçün Azərbaycana 1440 kvota ayrılıb və qiymət 4150 dollar müəyyən edilib. Ötən il olduğu kimi, Azərbaycandan təkrar Həcc ziyarətinə gedən zəvvarlar əlavə 535 dollar ödəyiblər.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər