Xəbər xətti
26-10-2021
25-10-2021
24-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

İnsan öz əsarətindən qurtulmazsa, başqalarına azadlıq bəxş edə bilməz – Hacı Şahin Həsənli

Baxılıb: 3769     Tarix: 22-08-2018 10:57   
İnsan öz əsarətindən qurtulmazsa, başqalarına azadlıq bəxş edə bilməz


Qurban bayramı qoyunla simvolizə edilmir.

"Qurban bayramının mahiyyəti təkcə qoyun kəsməklə bitmir, o, daha dərin fəlsəfəsi köklərə söykənən bir bayramdır. Bu bayram qoyunla simvolizə edilmir. Qurbanlıq heyvanı kəsib ətini paylaşmaq bu bayramın nişanələrindən, əməllərindən biridir, onun sosial tərəfinə aid olan hissəsidir. Amma o daha dərin fəlsəfi anlama malikdir. Quranda bir ayə var: "Özünü təmizləyən nicat tapdı". Yəni insanın özünü təmizləməsi onun nicat tapmasına səbəb olur. İslamda hər bir bayramın hikməti var. İslam dini hikmətsiz sevinməyi və kədərlənməyi qəbul etmir. Sevincin də,qəmin də fəlsəfi əsası olmalıdır. Bu gün şadlıq günüdür, amma şadlanmaq üçün səbəb insanın özündən azad olmasıdır. Bu gün azadlıq haqqında çox danışılır, amma insanı əsarətə çəkən ən təhlükəli qüvvə insanın özüdür. İnsan öz əsarətindən qurtulmazsa, başqalarına və cəmiyyətə azadlıq bəxş edə bilməz".

Bu barədə milli.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, Məşədi Dadaş məscidinin imam camaatı, tanınmış nüfuzlu ilahiyyatçı Hacı Şahin Həsənli Qurban bayramının əsl mahiyyəti barədə fikirlərini bölüşərkən bildirib.

Onun sözlərinə görə, Qurban bayramı əslində mərhəmət hisslərinin ifadəsidir və ilk növbədə Allah yolunda fədakarlığı simvolizə edir: "Qurban bayramında insan maddi hisslərindən mənəvi hədəflərinə doğru keçməyi öyrənir. Simvolik olaraq qurban kəsilməsi ilə insan öz aşağı səviyyəli istəklərini daha üstün səviyyəli istəklərinə fəda edir. Bu da bizə Həzrəti İbrahim peyğəmbərdən yadigar qalıb.

Hacılar həccdə qurban kəsməklə həcc ayinləri yekunlaşmağa doğru gedir. Həccin həm fərdi, həm də ictimai faydaları var. Həccin fərdi əhəmiyyəti nəfsin, dünyəvi hisslərin ilahi hədəfləri qurban edilməsidir, bu da insanın həqiqi azadlığının ifadəsidir. İnsan öz daxilində azad olmazsa, azadlığa qovuşa bilməz. Həcc eyni zamanda həm də ictimai bir ayindir. O, insanları paylaşmağa, onları digərləri ilə həmdərd olmağa dəvət edir".

İlahiyyatçı qeyd edib ki, Qurban bayramı insani bir bayramdır, onu bir ümumbəşəri bayram kimi qəbul lazımdır: "Çünki bütün bəşəriyyətin, ümumiyyətlə, insanlığın qənimi onun nəfsani istəkləridir, maddi meylləridir. Dünyada baş verən bütün münaqişələr, ixtilaflar nəfsin cilovlanmamasındandırsa,Qurban bayramı ümumbəşəri dəyərdir. Bəşəriyyət üçün bu gün də aktual olan mövzudur. İnsan öz nəfsinin başını kəsmədikdə aqressiv olur, başqaları üçün təhlükəli olur, insanlarla həmdərd ola bilmir. Yalnız özünə qələbə çalmış, öz nəfsini qurban kəsə bilmiş insanlar başqaları üçün faydalı olur, həm də azad və həyatda zövq alaraq yaşaya bilir. Ona görə də bu bayramı hətta konkret bir dinə, məzhəbə aid etmək düzgün deyil. Bu, ümumbşəri bir bayramdır, lakin onu hələ ki, yalnız müsəlmanlar qeyd edir. Ona görə də, belə günlərdə bu bayramların fəlsəfəsinin dünyaya düzgün çatdırılması çox önəmlidir".

Hacı Şahin Həsənli müqəddəs bayram münasibətilə təbriklərini də çatdırıb: "Qurban bayramı münasibətilə bütün Azəbaycan xalqını və dünya müsəlmanlaını təbrik edirəm! Çox sevindirici haldır ki, Azərbaycanda iki dini bayram - Ramazan və Qurban bayramları dövlət səviyyəsində qeyd olunur. Ona görə də Azərbaycan xalqı bunu həm dini, həm də artıq bir milli bayram kimi qeyd edir.

Biz bayram günlərində şəhid olmuş bütün Azərbaycan övladlarını da böyük hörmətlə yad edirik. Allah onlara rəhmət eləsin. Allah bizi şəhidlərimizin amallarına, yoluna layiq olan insanlardan qərar versin".

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər