Xəbər xətti
21-10-2021
20-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Nazirin qəbulunda “oynanılacaq rollar” əvvəlcədən ssenariləşdirilib -SUMQAYITDA

Baxılıb: 2750     Tarix: 22-02-2016 10:25   
Nazirin qəbulunda “oynanılacaq rollar” əvvəlcədən ssenariləşdirilib
Nazirlərin və digər yüksək ranqlı dövlət məmurlarının bölgələrdə vətəndaşlarla görüşləri son dövrlərdə daha da intensivləşib. Bu, prezident İlham Əliyevin birbaşa göstərişi ilə həyata keçirilir. Dövlət başçısı hər zaman özü də daxil olmaqla, bütün vəzifəli şəxslərin ən ali məqsədinin xalqa xidmət olduğunu xüsusilə vurğulayır və özünün timsalında bunun ən yaxşı nümunəsini nümayiş etdirir.
Son dövrlərdə manatın devalvasiyası və ümumi sosial gərginlik dönəmində ölkə başçısının xüsusi təlimatı ilə məmurlar yerlərdə vətəndaşlarla görüşür və onların problemlərinin həlli yollarını araşdırırlar.
Lakin təəssüflə qeyd etməliyik ki, bir çox yüksək vəzifə sahibləri prezidentin bu tapşırıqlarını da layiqincə yerinə yetirə bilmirlər. Bu görüşlərin çoxu formal xarakter daşıyır. Bu tapşırıqları lazimi qaydada yerinə yetirmədikləri kimi, xalqın dövlətə olan inamını da sarsıtmağa səbəb olan hərəkətlərə yol verirlər.
Bir müddət bundan əvvəl məmurlardan birinin rayonlarda vətəndaşlarla görüşdə insanların problemlərinə laqeyd münasibəti sonucu insident yaranması və həmin məmurun “arxa qapıdan” qaçması barədə mediada məlumatlar yayıldı. Oxşar olayların bir neçə bölgədə baş verməsi haqqında informasiyalar dolaşmaqdadır. Bu insidentlərdən sonra məmurların bölgə görüşlərinə daha ehtiyatla yanaşdıqları hiss edilir. Hətta, məlumatlara görə, bir sıra görüşlərə xüsusi adamlar gətirilir və onlar özəl olaraq “təlimatlandırılır” ki, qəbulda “artıq-əskik” danışmasınlar.
Fevralın 19-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Sumqayıt şəhərində vətəndaşlarla görüşü isə tam bir teatr “tamaşası” na bənzəyib. Belə ki, qəbulda iştirak edəcək adamların “oynayacaqları rollar” əvvəlcədən ssenariləşdirilib.
Vurğulayaq ki, Sumqayıtın Tarixi Muzeyində keçirilən qısamüddətli görüşdə bir şəhər, beş rayondan (Sumqayıt şəhəri, Abşeron, Xızı, Qubadlı, Zəngilan və Şuşa rayonları) cəmi 30-dək sakini iştirak edib. Sumqayitfakt.az-ın əldə etdiyi xəbərə görə, nazirin qəbuluna gələnlərə “xüsusi təlimatlar” verilib. Onlara tapşırılıb ki, görüşdə sosial problemlərdən, xüsusilə, əməkhaqqılarının azlığından bəhs etməsinlər. Qəbula gələnlərə ümumi məsələləri, mədəniyyət mərkəzlərinin maddi-texniki bazasının yaxşılaşdırılması, təmiri və sair kimi halları çatdırmaları tapşırılıb.
Adının açıqlanmasını istəməyən görüş iştirakçısının sözlərinə görə, qəbulun bu “ssenari”də keçirilməsini Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin rəhbərliyi təşkil edib. Seçilmiş adamlar da onların tərəfindən təlimatlandırılıb.
Qeyd edək ki, əməkdaşımızın görüşün keçirildiyi məkanda apardığı müşahidələr də deyilənləri təsdiq edir. Qəbulda bir rəsmi xəbər agentliyindən başqa heç bir media nümayəndəsinin iştirakına icazə verilməyib. Ərazi polis nəzarəti altında olub.
Qəribədir ki, mədəniyyət işçilərinin 120-130 manat əməkhaqqı aldıqları, sosial təminatlarının olduqca aşağı səviyyədə olduğu bir vaxtda, yersiz təmir işlərinə ehtiyac varmı? Doğrudanmı məsələn, C. Cabbarlı adına mədəniyyət evinin təmiri indiki maddi sıxıntılar dövründə vacib idi? Eləcə də fəxri adların alınması üçün mütləq cənab nazir Sumqayıta gəlməli və bu barədə ona təkliflər verilməli idi? Bəlkə idarə rəisi elə hesab edir ki, mədəniyyət işçilərinin heç bir ehtiyacı yoxdur, onların hamısının 3-4 ədəd xarici markalı avtomobili və yaxud, misal üçün, bir binada iki mənzili var? Bəlkə mədəniyyət işçilərini 120 manat maaş qane edir? Cənab cavabdeh şəxslər, imkan verin heç olmasa fürsət düşəndə vətəndaşlar öz problemlərini qarşıdakına çatdıra bilsin. İnsanları əsas hədəfdən yayındırmayın. Özünüzə xidmətdən xalqa xidmətə keçməyin məqamıdır. Xatırladaq ki, bunu ölkə başçısı da sizlərdən tələb edir.

Sumqayitfakt.az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər