Xəbər xətti
18-10-2021
17-10-2021
16-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Baş həkim tibb bacısını ölümlə təhdid edir - SUMQAYITDA ŞOK OLAY!

Baxılıb: 6969     Tarix: 21-02-2016 19:51   
"Mənə dedi ki, bilirsən ki, hər şey pulun başındadı. İstəsəm sənə çox şey edə bilərəm, qızın var..."
Baş həkim tibb bacısını ölümlə təhdid edir

Sumqayıt şəhər 1 saylı Doğum Evinin tibb bacısı Samirə Babayevanın həmin xəstəxananın baş həkimi Sevda İsgəndərli ilə münaqişəsi hələ də həllini tapmayıb. Sumqayıtfakt.az xəbər portalına müraciət edən S. Babayeva bildirir ki, onun şikayətləri təmin olunmamaqla yanaşı, indi də özünün və gənc qızının həyatı təhlükədədir.

Tibb bacısının sözlərinə görə, S. İsgəndərli və xəstəxananın sabiq xəzinədarı Solmaz İsmayılova onu şikayətlərindən əl çəkməyəcəyi təqdirdə uşağına zərər verməklə hədələyirlər: “Sevda İsgəndərli məni dilə tutdu ki, mən hər səni incitdikcə zərərini çəkirəm. Sən bir az səbr elə, hər cür köməklik edəcəm. Deyir ki, ailəmizin sirri ifşa olundu. Mən də dedim ki, neçə ki, mən buradayam siz qanunsuz pul yığa bilməyəcəksiniz. O buradan getməlidir. Bir tərəfdən mənə deyir ki, sakitləş, o biri tərəfdən də kollektivlə məni üz-üzə qoyur, hamıya tapşırıb ki, onunla danışmyayın, salam verməyin. Hamını sıxışdırıb çətin vəziyyətə salıb”.

S. Babyeva deyir ki, şikayət üçün Sumqayıt Səhiyyə şöbəsinin müdiri Ələkbər Tağıyevin də yanın da olub: “O da deyir ki, mən sizə nə edə bilərəm. Mən də dedim ki, heç nə, baş həkimi buradan çıxarın qanunsuzluğa son qoyulsun. O da durub üzümə baxır, çünki S. İsgəndərlini işdən çıxarmağa gücü çatmır”.
Tibb bacısı şikayətinin əsasında 6 il yığılıb qalan maaşını almaq istəyi olduğunu bildirir. Onun bu tələbindən sonra baş həkimlə aralarında konfilikt yaranıb: “Mənim əsas iddiam o oldu ki, mən 1998-ci ildən 2004-cü ilədək verilməyən maaşımı tələb etdim. Bu dövrdə bizim maaşlarımızı vermirdilər, özlərinə götürürdülər. Şikayətlərimdən sonra 2015-ci ilin oktyabr ayında 1000 manatını verdi və dedi ki, hər həftə də min-min verəcəm. Sonra isə pulu verməkdən imtina etdi, dedi ki, sən şikayət eləmisən, ona görədə vermirəm. Mən Mehriban xanım Əliyevanın qəbuluna yazıldım, şikayətimi ona çatdırmaq üçün. Ayın 30-da qəbula gedəcəkdim, 29-da məni çağırıb 2050 manatımı da verdi. Maaşımı da öz bildikləri kimi hesablamışdılar. Mən də əmək müfəttişliyinə şikayət elədim, oradan da gəlib yoxladılar. Lakin sənədləri düzgün təqdim etmədilər. Məlum oldu ki, heç ümumiyyətlə maaş cədvəlləri olmayıb və arxivə də təhvil verilməyib. Mənə dedilər ki, ver məhkəməyə. Baş həkim də deyir ki, qoy versin məhkəməyə, bir-iki il də məhkəmələrdə sürünsün”.


Samirə Babayeva bildirir ki, indi onun və bir uşağının həyatı təhlükədədir, baş həkim susmayacağı təqdirdə onun üçün yaxşı olmayacağı ilə təhdid edir: “Mən iki ildir ki, onun kabinetinə getmirəm. Yoxlama gələndə bir dəfə məni otağına çağırıb hədələdi. Mənə dedi ki, bilirsən ki, hər şey pulun başındadı. İstəsəm sənə çox şey edə bilərəm, qızın var, qadınsan, səni ləkələyə də bilərik. Məni şantajla qorxutmağa çalışırdı. Mən də prokurorluğa şikayət etdim, guya araşdırma gedir.

Mən bilmək istəyirəm ki, Sevda İsgəndərlinin arxasında kim dayanır ki, o belə hegemonluq eliyir. Bilirəm ki, bu şikayətlərdən prezidentimizin xəbəri yoxdur, ona çatdırmırlar. Mən Sumqayıtın deputatı Tahir Mirkişiliyə dedim ki, əgər bu məsələlər həllini tapmasa, Milli Məclisin sədri Oqtay Əsədovun qəbuluna gedəcəm.
Bilirəm ki, çox hallarda şikayətlər lazımı ünvanına çatmır. Mən hələ köhnə icra başçısı Eldar Əzizova məktub yazmışdım, sonra gedirəm ki, məktublar şöbəsinin müdiri vardı, Babayev, heç məktubumu qeyd dəftərinə də salmayıb, cırıb atıb.

Mən Sevda İsgəndərlidən çox ehtiyat edirəm. Qorxuram ki, uşağımı oğurlatdırar, ya başqa zərər verər. Çünki belə bir hadisə olmuşdu. 1998-ci ildə uşaq oğurlanmışdı buradan (1 saylı Doğum evi nəzərdə tutulur-red.). O vaxtkı Səhiyyə şöbəsinin müdiri Sərdar Mustafayevi işdən çıxarandan sonra uşağı tapıb gətirib qoydular yerinə. Bu işlər Sevda İsgəndərlinin vaxtında olmuşdu də...

Mən ərizəmdə də yazmışam ki, mənim və uşağımın başına bir iş gəlsə məsuliyyəti S. İsgəndərli və keçmiş xəzinədarı Solmaz İsmayılova daşıyır. O da mənə zəng edib təhdid edir, deyir sən yatmış əjdahanı oyadırsan... Mənim şikayətlərimdən sonra onu işdən çıxardılar. O da burada çox ağalıq edirdi, jurnalı həkimlərin başına vururdu. İndi də mənə zəng edib deyir ki, iki oğlum var, bu yolda səni susdurmaq üçün onlardan da keçərəm”.

S. Babyeva sonda bildirdi ki, həyatının təhlükədə olması ilə bağlı bütün dövlət qurumlarına da müraciət edib: “Mənim və uşağımın həyatı təhlükədədir”.


Müraciətdə adı çəkilən şəxslərin də mövqeyini təqdim edə bilərik.


Sumqayitfakt.az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər