Xəbər xətti
26-10-2021
25-10-2021
24-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Ermənilər həbs etdikləri azərbaycanlıdan nə soruşurmuşlar?

Baxılıb: 1634     Tarix: 24-12-2015 15:16   
"Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin təcridxanasında beş ay saxlandıqdan sonra ailəmə qovuşdum"

Ermənilər həbs etdikləri azərbaycanlıdan nə soruşurmuşlar?
Sumqayıtfakt.az

"Dünən məhkəmə zalından azad olundum. Məni sərhədi keçmək maddəsi ilə günahlandırdılar və təqsirimi boynuma aldıqdan sonra 5 ay həbs kəsdilər”.

Bu sözləri Ermənistanda həbsdə olan Gürcüstan vətəndaşı, Bolnisi rayonunun Faxralı kənd sakini Turqay Mikayılov APA-ya açıqlamasında bildirib.

O, Ermənistanda təkadamlıq kamerada saxlandığını, azərbaycanlı olduğu üçün ona mənfi münasibətin olduğunu deyib: “Sözsüz ki, mənə düşmən kimi baxırdılar, Azərbaycan, Qarabağ haqqında soruşurdular. Mən isə cavabında bildirirdim ki, Gürcüstan vətəndaşıyam, öz dövlətimi sevdiyim kimi Azərbaycanı da sevirəm. Bəzən sual-cavabdan bezdiyim üçün onların suallarına acıqla cavab verirdim. Mənə deyirdilər ki, səni kimsə məqsədli şəkildə Ermənistana göndərib. Sonra mənə sərhədi keçmək maddəsi ilə ittiham irəli sürdülər”.

T. Mikayılov onu da deyib ki, ona hərdən ailəsi ilə telefonla danışmağa icazə verilib.

O, Tiflisdə həkim müayinəsindən keçmək niyyətində olduğunu da bildirib: “Bəlkə də yeməyimə nəsə qatırdılar. Qorxuram ki, səhhətimdə problem yaransın”.

T. Mikayılov Gürcüstanın Ermənistandakı səfirliyinə təşəkkürünü də çatdırıb: "Səfirliyə təşəkkür edirəm ki, Gürcüstan vətəndaşı kimi daim mənimlə maraqlanıblar. Eyni zamanda Kvemo Kartli bölgəsinin qubernatoruna və rayon rəhbərliyinə ailəmə göstərdikləri qayğı və diqqətə görə minnətdarlığımı bildirirəm".

Qeyd edək ki, Faxralı kənd sakini Turqay Mikayılov Ermənistanda 5 ay həbsdə saxlandıqdan sonra dekabrın 23-də məhkəmə zalından azad edilib.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər