Sumqayıt və Gəncədə güzəştli mənzil tikintisi üçün torpaq sahələri müəyyənləşdirilir » Sumqayitfakt.az
Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Sumqayıt və Gəncədə güzəştli mənzil tikintisi üçün torpaq sahələri müəyyənləşdirilir

Baxılıb: 287     Tarix: 19-07-2018 11:03   
Sumqayıt və Gəncədə güzəştli mənzil tikintisi üçün torpaq sahələri müəyyənləşdirilir


Sumqayıt və Gəncədə güzəştli mənzil tikintisi üçün torpaq sahələri müəyyənləşdirilir.

Bu barədə “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”nin icra vəziyyəti üzrə hesabatda deyilir.

Qeyd olunur ki, ötən müddət ərzində Azərbaycanın regionları üzrə, o cümlədən iqtisadi inkişaf göstəriciləri yüksək olan şəhərlər üzrə statistik məlumatların təhlili aparılaraq, növbəti illər ərzində mənzil tikintisinə ehtiyacı olan əsas şəhərlər müəyyənləşdirilib. Eyni zamanda, güzəştlə mənzil əldə etmək hüququ olan və “Güzəştli mənzil” sistemində qeydiyyatdan keçərək şəxsi elektron kabinetə sahib olan vətəndaşlar arasında güzəştli mənzillərin inşa oluna biləcəyi şəhərlərin, mənzillərin otaq sayının və ölçülərinin, digər göstəricilərin proqnozlaşdırılması məqsədilə sorğu keçirilib.

Əldə olunmuş nəticələr güzəştli mənzillərin tikintisi üçün potensial şəhərlərin müəyyənləşdirilməsində istifadə edilib. Aparılmış araşdırmaların nəticələrinə əsasən Sumqayıt, Gəncə və s. şəhərlərdə də uyğun qiymətə mənzillərin tikintisi imkanlarının təhlilinə başlanılıb. Sumqayıt və Gəncə şəhərlərində münasib torpaq sahələrinin müəyyənləşdirilməsi üçün ilkin işlər aparılıb.

Müxtəlif mülkiyyətlərdə olan torpaq sahələrinin mənzil təminatında istifadəyə cəlb edilməsi üçün müxtəlif mexanizmlərlə bağlı təklilflər hazırlanıb./trend

Sumqayitfakt.Az



Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər