Günü-gündən arıqlayırsızsa - SƏBƏBİ bu ola bilər » Sumqayitfakt.az
Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Günü-gündən arıqlayırsızsa - SƏBƏBİ bu ola bilər

Baxılıb: 2195     Tarix: 18-07-2018 15:29   
Günü-gündən arıqlayırsızsa - SƏBƏBİ bu ola bilər


Əslində, həkimlər insanın kökəlməsindən çox, arıqlamasından qorxurlar. Düzdür, köklük özü də xəstəlikdir. Amma qəfil arıqlamaq qədər qorxulu ola bilməz. Söhbət heç bir pəhriz, idman, tablet, fiziki aktivlik və qida rejimi olmadan qısa müddətdə qəfil kilo verməkdən gedir. Orqanizmdə baş verən bu dəyişiklik əsəb sistemindən tutmuş onkoloji xəstəliyə kimi işarə ola bilər.

Ona görə arıqlamağınıza görə sevinməkdən öncə niyə arıqladığınızın səbəbini araşdırın. Sumqayitfakt.Az medicina.az-a istinadən qəfil arıqlamağın səhhətlə bağlı səbəblərini təqdim edir.

Psixi pozuntular, stress, depressiya


İlk növbədə sinir anoreksiyası başlaya bilir, insanın bədəni, obrazı dəyişir, insan qidadan könüllü imtina edir, getdikcə bədən forması özünün xoşuna gəlir və kökəlməkdən qorxaraq yemir.

Xroniki depressiya dərinləşdikcə, insanın hər şeyə, həmçinin yeməyə marağı itir, bu da güclü arıqlamağa səbəb olur. Iştahdan ümumiyyətlə kəsilmək, depressiyanın birinci əlamətidir. Çox vaxt əsəbi və nevroz adamlar əksinə yeməyə meyilli olur, amma bununla belə kökəlmirlər. Bu da əsəbə bağlı arıqlama kimi qəbul olunur.

Çox adamlarda çəkinin qəfil azalması şizofreniyanın ilkin əlamətidir. Pasiyentin dad və qoxu bilməsi dəyişir, özünə yemək hazırlamaq və yemək yeməyə belə tənbəllik edir.
Sinir, əsəb mənşəli ekstremal arıqlamada psixiatr köməyi və müalicə lazımdır.

Hipertireoz


Qalxanabənzər vəzin normadan artıq aktivliyi, relsdən çıxması, hormonal pozğunluq və maddələr mübadiləsinin sürətləndirilməsi baş verir. Orqanizm daha çox enerji sərf edir, qida ilə aldığı enerji tükənir, yetmir. Ona görə idman və pəhrizsiz sürətlə arıqlayır. Hipertireozda bəzi xəstələr əksinə kökəlir. Bu xəstəlikdə çəki itkisinin qarşısını almaq və əvvəlkiyə çəkiyə qayıtmaq üçün hormonal balansı normallaşdıran dərmanlar qəbul etməlidir.

Bağırsaqların iltihabi xəstəlikləri


Kron xəstəliyi və xoralı kolitdə müntəzəm olaraq diareya baş verdiyindən yeməyə qarşı ikrah və qorxu hissi yaranır. Üstəlik bağırsaqlar qidadan faydalı maddələri sovura bilmir. Bu da arıqlamağa səbəb olur.

Bağırsaq problemləri olan insanlara az-az, tez-tez yemək məsləhətdir. Balanslaşdırılmış qidalanmaya keçməli, çox maye qəbul etməli, vitamin, minerallar qəbul olunmalıdır.

Və ən təhlükəlisi – XƏRÇƏNG təhlükəsi


Təəssüf ki, səbəbsiz çəki itirmək və hədsiz arıqlamaq və ətrafdakıların sizi tanımaması 40% hallarda xərçəng ilə əlaqəli olur. Xüsusən də xərçəngin son mərhələsində pasiyent çox arıqlayır, hətta kaxeksiya baş verir, yəni insan nəinki piy, həmçinin əzələ kütləsini itirir. Xəstənin iştahı da itir, ürəkbulanma, qusma, qəbizlik, ağrılar, yeməyin dadını itirmək, çeynəmək və udmaq problemi də buna qoşulur.

Əgər diaqnoz təsdiqlənərsə, xəstənin çəki alması mütləqdir, çünki müalicə və kimyaterapiya xəstədən güc, əzələ tələb edir.

QİÇS


QİÇS-ə yoluxmuş insan zamanla arıqlayacaq, çünki qidalı maddələr lazımi qədər orqanizmə daxil olmur. Belə xəstələrdə qida çeynənməsi ağızda ağrı verir, damaq və ağız boşluğunda yaralar əmələ gəlir. Bu simptomlar insanın immunitetinin kəskin zəifləməsi ilə əlaqədardır. Bu xəstələr daha çox zülal qəbul etməlidirlər.

Şəkərli diabet


Əlbəttə ki, diabet, çeliakiya, vərəm kimi xəstəliklər də çəki itirməyə səbəb olur. Bu xəstəlikləri diaqnostika etmək elə də çətin deyil.

Odur ki, sürətlə arıqladığınızda sevinməklə yanaşı işinizi möhkəm tutub, həkimdə müayinə olmağınızda fayda vardır.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər