Elmar Vəliyevi əməliyyat edən həkimin köməkçisi danışdı: vəziyyəti necədir? » Sumqayitfakt.az
Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Elmar Vəliyevi əməliyyat edən həkimin köməkçisi danışdı: vəziyyəti necədir?

Baxılıb: 493     Tarix: 17-07-2018 14:26   


"Elmar Vəliyevin sağlıq durumu getdikcə yaxşılaşır. Ümid edirik ki, xəstənin vəziyyəti yaxın vaxtlarda, getdikcə daha da yaxşı olacaq”.

Sumqayitfakt.Az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Elmar Vəliyevi əməliyyat edən Türkiyədəki Bahçeşehir Universitetinin tibb fakültəsinin dekanı, məşhur beyin cərrahı, professor Türker Kılıçın köməkçisi Gülşah Öztürk deyib.

Köməkçi bildirib ki, Türker Kılıç Elmar Vəliyevin səhhəti ilə bağlı tez-tez onun yaxınları və bəzi mənbələrlə əlaqə saxlayır:

"Gəncəyə dəvət edilərkən ilk dəfə Elmar müəllimin beyin əməliyyatını Türker Kılıç edib. Əməliyyatın nə qədər çəkdiyi və necə keçdiyi barədə isə məlumat verə bilmərik. Məndə hazırda xəstənin harda müalicəsini davam etdirdiyi barədə də məlumat yoxdur. Onu deyə bilərəm ki, Türker Kılıç tez-tez Elmar Vəliyevin səhhəti ilə maraqlanır və xəstənin sağlıq durumu getdikcə yaxşılaşır”.

Qeyd edək ki, Türkiyədəki Bahçeşehir Universitetinin tibb fakültəsinin dekanı, məşhur beyin cərrahı, professor Türker Kılıç iyulun 4-də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsnin sədri Kərəm Həsənovun dəvəti ilə Gəncəyə gətirilib. Türkiyəli həkim elə həmin gün Gəncə şəhər İcra Hakimiyyətinin güllələnmiş başçısı Elmar Vəliyevi əməliyyat edib.

Qeyri-rəsmi məlumatlara və sosial şəbəkələrdə paylaşılan şəkilə əsasən, Elmar Vəliyevin hazırda İsraildə müalicə olunduğu bildirilir.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər