SUMQAYIT GƏNCLƏRİNİN “YAY MƏKTƏBİ” BAŞLADI » Sumqayitfakt.az
Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

SUMQAYIT GƏNCLƏRİNİN “YAY MƏKTƏBİ” BAŞLADI

Baxılıb: 2100     Tarix: 16-07-2018 16:05   
SUMQAYIT GƏNCLƏRİNİN “YAY MƏKTƏBİ” BAŞLADI


Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Sumqayıt gənclərinin Quba rayonunda “Yay məktəbi”nə start verilmişdir.
Məqsəd “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Sumqayıt şəhəri üzrə həyata keçiriləcək Tədbirlər Planının müvafiq bəndlərinin icrası, gənclərə milli-vətənpərvərlik hisslərini aşılanması, ölkəmizin bölgələrini tanımaları və asudə vaxtlarının səmərəli təşkil edilməsindən ibarətdir. Həmçinin “Yay Məktəbi”nin cari ildə də təşkil olunması barəsində şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun 16 mart 2018-ci il tarixində “Kimyaçı” Mədəniyyət Sarayında gənclərlə görüşündə müraciət səsləndirilmiş və müsbət qarşılanmışdır.

İlk tur 12 iyul 2018-ci il tarixində Qubadlı rayon Gənclər və İdman İdarəsi ilə birgə təşkil edilmişdir. N.Nərimanov adına Mədəniyyət Evində “Yay məktəbi”nin açılış mərasimində Baş İdarənin rəis əvəzi Mübariz Bəşirov və Qubadlı rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq Abbasov çıxış edərək Ölkə Başçısının, şəhər və rayon İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyi rəhbərliyinin gənclərimizə göstərdiyi diqqət və qayğıdan danışmış, yay məktəbinin məqsəd və vəzifələri, təhlükəsizlik qaydaları barədə iştirakçılara məlumat vermiş, layihənin gənclərin bilik və bacarıqlarının, artırılmasına təcrübə mübadiləsinə, dostluq əlaqələrinin genişlənməsinə müsbət təsir göstərəcəyini qeyd etmişlər. Yay məktəbinin iştirakçıları layihənin keçirilməsi təşəbbüsünü dəstəklədiyinə və təşkilində göstərdiyi köməkliyə görə şəhər və rayon rəhbərliyinə minnətdarlığını bildirmişlər.

“Yay Məktəbi”nin ilk turunda şəhərin müxtəlif sahələrini təmsil edən ictimai fəal gənclər, 2017/18 tədris ilində 700 bal toplayaraq ali məktəblərə qəbul olan Bayramova Əsra, Haşimzadə Cahan, fənn olimpiadası, müxtəlif yarış, müsabiqə, festival qalibləri və “Şahin” hərbi idman oyunu üzrə Respublika Çempionu adına layiq görülmüş komanda iştirak etmişlər.

Azərbaycanın qədim bölgələrindən olan Quba rayonunda təşkil olunan “Yay Məktəbi”nin iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini və Quba Soyqırımı Memorial Kompleksini ziyarət etmiş, Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar. Düşərgədə gənclər arasında intelektual, əyləncəli oyunlar, təbiətlə tanışlıq, yemək və çay fasilələri təşkil edilmişdir.

Sumqayitfakt.Az










Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər