Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu

Yəhudi alimlərdən ŞOK: Sağlam qida yoxdur – Səbəb

Baxılıb: 270     Tarix: 17-06-2018 10:21   
Yəhudi alimlərdən ŞOK: Sağlam qida yoxdur – Səbəb


Veysman İnstitutunun yəhudi alimləri 800 könüllü üzərində qanda şəkərin səviyyəsini ölçüb və bir maraqlı nəticəyə gəliblər.


Araşdırmanın nəticələrinə görə, İsraildə Veysman İnstitutunun alimləri qeyri-adi araşdırma aparıb. Alimlər bir neçə il ərzində 800 nəfərdən ibarət könüllülər qrupunu izləyiblər. Eksperiment iştirakçıları iki qrupa bölünüb. İlk qrup yalnız sağlam qidalar qəbul edib, ikincilər isə sağlam hesab edilməyən məhsullarla qidalanıb: Yarımfabrikatlar, çipsi, qazlı içkilər, dondurulmuş məhsullar və s (bütün tədqiqatda təxminən 47 000 məhsul cəlb edilib).

Veysman İnstitunun araşdırmaçıları:
Professor Eran Elinav, onun həmkarı Eran Seqal bu araşdırmanı aparan həmkarları ilə birgə qeyri-adi nəticəyə gəlib. Məlum olub ki, orqanizmin qəbul etdiyi qidalara reaksiyası sırf fərdidir. Yəni biz hətta eyni yeməyi yesək də, onun mənimsənilməsi prosesi müxtəlif insanlara çox müxtəlif cür təsir göstərir. Hər iki qrupun iştirakçılarında həm müsbət, həm də mənfi dəyişikliklər müşahidə olunub. Odur ki, kiməsə müsbət təsir göstərən hər hansı faydalı məhsul digəri üçün zərərli ola bilər.

Xüsusilə, müxtəlif eksperiment iştirakçılarının eyni qidanı yemələrinə baxmayaraq qanda şəkərin miqdarı köklü surətdə fərqlənib. Veysman İnstitutunun aparıcı elmi işçisi doktor Eran Elinav araşdırma haqqında bunları deyib:


“Könüllülər qrupu üzərində aparılan araşdırma nəticəsində qərara gəldik ki, mövcudluğumuzun baza konsepsiyası nə qədər qeyri-dəqiqdir. Qanda şəkərin səviyyəsini qiymətləndirən qidaların qlikemik indeksi obyektiv ölçə bilməz və hər bir insana ayrı uyğunlaşdırılmalıdır.

Məhz buna görə də biz tez-tez müşahidə edirik ki, iki nəfərin ikisi də eyni pəhrizi saxlamasına baxmayaraq, biri sürətlə artırır kökəlir, digəri isə dəyişməz olaraq qalır. Tədqiqatın yekunlarına görə, pəhrizin nəticəsi insanlarda metabolizmin xüsusiyyətlərinə görə çox dəyişir".

Araşdırmada 45 yaşında bir iştirakçı köklük və diabet xəstəliyindən əziyyət çəkib. Xəstə bir çox pəhrizlər saxlamasına baxmayaraq, arıqlamağa nail olmayıb. Sonda üzə çıxıb ki, onda şəkər səviyyəsinin yüksəlməsinin səbəbi adi pomidorlardır. Qanda şəkərin səviyyəsini normaya salmaq üçün ona sadəcə pomidordan imtina etmək lazım idi. Halbuki, pomidor çox faydalı məhsul sayılır.

Bu da o deməkdir ki, hamı üçün universal düzgün pəhriz təəssüf ki, yoxdur. Bundan əlavə, sizin üçün uyğun olan 5 il əvvəlki menyu indi sizə zərər gətirə bilər. Tədqiqatın nəticələrinə görə hazırlanmış məruzədə deyilir ki, "sağlam" və "naxoş" məhsullar hər bir insan üçün həm fərdi, həm də onun həyatının müəyyən anında təyin edilməlidir. Bu səbəbdən də hamı üçün sağlam qidalanma mövcud deyil, amma bağırsaq mikroflorasının müxtəlif qidalara reaksiyasına əsaslanaraq fərdi qida rasionu seçmək olar.

Doktor Eran Elinav dünyanın bütün diyetoloqlarını, qastroenteroloqlarını və immunoloqlarını fərdi pəhriz hazırlamağa və sağlam qidalanma standart formulundan istifadə etməməyə çağırıb.

Yəhudi alimlərin bu araşdırması onu götərir ki, sağlam həyat tərzi üçün ciddi məhdudiyyətlərə ehtiyac yoxdur. Artıq çəki ilə mübarizə az yemək demək deyil. Formada qalmaq üçün sadəcə olaraq vücudun ehtiyaclarına ən çox uyğun olan verən qidanı yemək lazımdır./publika.az

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər