Pensiya və əmək haqları artacaqmı? – Millət vəkili » Sumqayitfakt.az
Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Ən çox oxunanlar
Sorğu

Pensiya və əmək haqları artacaqmı? – Millət vəkili

Baxılıb: 394     Tarix: 14-06-2018 14:10   


Əgər dövlət büdcəsindən 10 faiz əlavə maaş artıbsa, bununla bağlı sənəd büdcəyə daxil olmalıdır.

Sumqayitfakt.Az xəbər verir ki, bu sözləri axar.az-a “2018-ci il dövlət büdcəsi haqqında”qanun layihəsi ilə bağlı danışarkən Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

“Bildiyiniz kimi, cənab prezident martın 1-dən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqlarını 10 faiz artırıb. Dövlət büdcəsindəki dəyişiklik bununla əlaqədar idi. Bu isə dövlət büdcəsində öz əksini tapmamışdı”, - deputat bildirib.

Millət vəkili 2018-ci ilin yenidən baxılacaq dövlət büdcəsində xərclərdən əlavə nəzərdə tutulan vəsaitin pensiya və əmək haqlarına təsir edib-etməyəcəyinə də aydınlıq gətirib:

“2018-ci ilin dövlət büdcəsində əlavə vəsait nəzərdə tutulub. Bunun pensiya və dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqlarının artımına şamil olunacağı ilə bağlı suala ancaq büdcəni təsdiq etdikdən sonra konkret cavab vermək olar”.

Qeyd edək ki, “2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində pensiya və sosial müavinətlərin, ünvanlı sosial yardımın, təqaüdlərin, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqlarının cari ilin mart ayının 1-dən orta hesabla 10 faiz artırılması və digər sosial tədbirlərin maliyyə təminatı üçün 384 milyon manatla yanaşı, xərclərdən əlavə 128 milyon manat vəsait də nəzərdə tutulub.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər