Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu

İki rayona yeni polis rəisi təyin edildi

Baxılıb: 243     Tarix: 19-05-2018 10:40   
İki rayona yeni polis rəisi təyin edildi


Azərbaycanın iki rayonuna yeni polis rəisi təyin edilib.

Sumqayitfakt.Az
apa-ya istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Abşeron Rayon Polis Şöbəsinin rəis müavini polis polkovniki Azər Cahangirov tutduğu vəzifədən azad edilərək Astara Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Nazirin digər əmri ilə Xızı Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin rəisi Həmid Həsənov isə Xızı Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

Xatırladaq ki, Astaranın polis rəisi olmuş Adil Həsənov və Xızı Rayon Polis Şöbəsinin rəisi olmuş Elmar Usubov bir neçə gün əvvəl xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Qeyd edək ki, Astaranın yeni rəisi A.Cahangirov tanınmış polis zabitidir. O, uzun illər daxili işlər orqanlarında çalışıb. A.Cahangirov Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin rəisi vəzifəsində çalışarkən həmin vaxt Bakının Nardaran və digər kəndlərində bir sıra mütəşəkkil cinayətkar dəstə üzvlərinin zərərsizləşdirilməsində yaxından iştirak edib. Onun rəhbərliyi ilə keçirilən əməliyyatlarda xüsusilə ağır cinayətlər törətmiş şəxslər tutularaq məsuliyyətə cəlb ediliblər.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər