Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Ən çox oxunanlar
Sorğu

Eldar Əzizovdan Bayılda dağılmış evlərlə bağlı AÇIQLAMA

Baxılıb: 229     Tarix: 16-05-2018 12:11   
Eldar Əzizovdan Bayılda dağılmış evlərlə bağlı AÇIQLAMA


Bayılda, Buxta küçəsində dağılmış, təhlükəli vəziyyətlə üzləşmiş evlərlə bağlı Fövqəladə Hallar Nazirliyinin və Nazirlər Kabinetinin mütəxəssisləri tərəfindən araşdırma aparılaraq müvafiq qərar qəbul ediləcək.

Sumqayitfakt.Az trend-ə istinadən xəbər verir ki, bunu sürüşmə zonasında olan Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

O, evlərin sovet vaxtı tikildiyini bildirib: "Burada özbaşına tikili yoxdur, evlərin sənədləri var. İlkin ehtimala görə, evlərin resursu bitib. Bir bina bir ildir qəzalı vəziyyətinə düşdüyü üçün Nazirlər Kabinetinin qərarı ilə sakinləri köçürülüb, onlar kompensasiya alıb".

İcra başçısı qeyd edib ki, dağılan, təhlükəli ərazidəki evlərlə bağlı Nazirlər Kabineti tərəfindən qiymətləndirmə aparılaraq müvafiq qərar qəbul ediləcək.

Qeyd edək ki, mayın 15-də saat 20 radələrində Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində yeraltı proseslərin təsiri ilə torpaq sürüşməsi baş verib, bu zaman 2 fərdi yaşayış evi tam, 2-si isə qismən dağıntılara məruz qalıb. Daha 20 fərdi ev də təhlükəli ərazidədir.

Buxta küçəsindəki təhlükə yaranmış ərazidən ümumilikdə 22 ailə (55 nəfər) köçürülüb, əraziyə nəzarət olunması üçün polis postları qoyulub, xəsarət alan yoxdur. Ərazidə araşdırmalar aparılır.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər