Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Ən çox oxunanlar
Sorğu

Paşinyanın "güc"ü ORTAYA ÇIXDI – İnqilabın qiyməti 140 MİLYON İMİŞ

Baxılıb: 259     Tarix: 09-05-2018 18:03   


Amerika Erməniləri Milli Komitəsi (ANKA) müxalifət lideri Nikol Paşinyanın baş nazir seçilməsindən dərhal sonra Vaşinqtondan kömək istəyib.

Sumqayitfakt.Az xəbər verir ki, ANKA ABŞ-ın dövlət katibi Maykl Pompeonu Ermənistana 140 milyon dollar qrantının verilməsinə kömək etməyə çağırıb.

"İndi hərəkət etməyin əsl vaxtıdır. "Minilliyin çağırışları" korporasiyası Ermənistanın demokratik inkişafında, ABŞ və Ermənistanın münasibətlərinin yeni fəslində mərkəzi rolu oynaya bilər. Biz sizi dərhal "Minilliyin çağırışları"nın yeni paketinin müzakirəsinə təşəbbüs etməyə çağırırıq", - ANKA-nın sədri Raffi Xamparyanın Pompeo adına göndərdiyi məktubda deyilir.

Məktubda qeyd edilir ki, qrant ölkənin dövlət məktəblərində elm, informasiya texnologiyaları, incəsənət və riyaziyyat sahəsində proqramların reallaşdırılmasına yönəldiləcək.

Ermənistan əvvəllər "Minilliyin çağırışları" korporasiyasının iştirakçısı sırasında idi. Lakin 2008-ci il mart qətliamından sonra ABŞ bu proqramın maliyyələşdirilməsini dayandırdı. Son illər ABŞ konqresmenləri aktiv şəkildə bu proqramı lobbiləşdirməyə çalışırlar. Konqresmen Adam Şiff və Erməni Milli Komitəsi (ANCA) proqramın bərpası istiqamətində fəallıq göstərirlər.

Bu ilin martında isə Ermənistan-ABŞ parlament dostluq qrupunun üzvləri Birləşmiş Ştatlarda səfərdə olublar. Nümayəndə heyəti ABŞ Konqresinin Ermənistan məsələləri üzrə komissiyasının nümayəndələri ilə görüşüb. Görüş zamanı "Minilliyin çağırışları" korporasiyası ilə Ermənistanla əməkdaşlıq perspektivləri müzakirə edilib.

Qeyd edək ki, müxalifət lideri, Ermənistanda etiraz aksiyalarının başçısı Nikol Paşinyan mayın 8-də Ermənistan parlamentində keçirilən səsvermə ilə baş nazi seçilib. Erməni diasporu aprelin 13-dən Serj Sarkisyan rejiminə qarşı keçirilən aksiyalarda müxalifəti dəstəkləyib. Rusiyada bir sıra ekspertlər və siyasilər bu fikirdədir ki, dinc hakimiyyət çevrilişi ABŞ, o cümlədən erməni diasporu tərəfindən dəstəklənib.

Paşinyan ölkə iqtisadiyyatını ayağa qaldıracağına söz verib. Və erməni diasporunun onun seçilməsindən dərhal sonra Amerika hakimiyyətinə pul üçün müraciət etməsi isə hakimiyyət çevrilişinin arxasında okeanın o tayındakı dairələrin, o cümlədən Amerikadakı erməni diasporunun dayandığına dair fikirlərə haqq qazandırır./Publika.az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər