Xəbər xətti

20-10-2017

Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu

Nəzakət Məmmədova haqqında heç yerdə eşitmədiyiniz, oxumadığınız...

Baxılıb: 64 795     Tarix: 15-02-2016 14:08   
Nəzakət Məmmədova haqqında heç yerdə eşitmədiyiniz, oxumadığınız...

Gözəllik qadına hər zaman xoşbəxtlik gətirmir deyirlər. Özü gözəl olan qadınların bəxti, taleyi çox vaxt qara gəlir.
Belə qadınlardan biri də valehedici gözəlliyə malik, məlahətli səsli müğənni Nəzakət Məmmədova olub. Oxuduğu mahnılarla çoxlarının qəlbinə yol tapmış Nəzakət Məmmədovanın acı taleyi gözəlliyin dəyərsiz olduğunu bir daha sübut edir.

Çoxları tərəfindən sevilən, seçilən müğənni həyat yoldaşı tərəfindən demək olar ki, hər gün döyülür-söyülür. Bir axşam əri müğənnini yenə də möhkəm döyür, hətta baş-gözünü belə partladır. Harayına çatan anasıyla bacısı Nəzakəti ər evindən götürüb birdəfəlik öz evlərinə aparırlar. Həmin hadisədən sonra Nəzakətlə həyat yoldaşının yolları birdəfəlik ayrılır.

Boşanandan sonra Nəzakətin gözəlliyinə, səsinə valeh olan çox insan ona elçi düşür. Deyilənlərə görə onunla ailə qurmaq istəyənlərin arasında hətta müğənnilərdən də olub. Ancaq nədənsə Nəzakət Məmmədova bir daha heç kimlə ailə qurmur, oğlu Ceyhunu özü tək böyütməyə qərar verir.

Nə yazıq ki, oğlunu böyütmək Nəzakətə qismət olmur. Müğənni 7 yaşlı oğlunu anasız qoyaraq bu dünyaya birdəfəlik əlvida deyir. N.Məmmədovanın ölümündən sonra haqqında hətta indiyə qədər belə səngimək bilməyən şaiyələr yayılır. Bəlkə də şaiyələrin yaranmasına ailədə bir-birinin ardınca baş verən qəfil qətllər də səbəb olur. Belə ki, N.Məmmədovadan sonra anası vaxtsız vəfat edir. Daha sonra oğlu Ceyhuna sahib çıxmış Mükafat ləqəbli bacısının həyat yoldaşı avtomobil qəzasında həlak olur. Şaiyələr ayaq-tutub yerisə də gerçək bu idi ki, Nəzakət Məmmədova girdiyi plastik cərrahiyyə əməliyyatından sağ çıxmamışdı. Bunu həm Nəzakət Məmmədovanı yaxından tanıyan sənətkarlar, həm də öz doğmaları təsdiq ediblər.

Deyilənlərə görə, boğazında olan zoba bənzər şişkinlik müğənnini hər zaman narahat edirmiş. Günlərin birində müğənni bir pərəstişkarından məktub alır. Həmin məktubu yazan şəxs ona səsinin, özünün gözəlliyi ilə bağlı təriflər yağdırır. Ancaq daha sonra əlavə edir ki, boğazındakı qüsur onun görünüşünə xələl gətirir. Elə həmin məktubdan sonra müğənni estetik əməliyyat etdirmək qərarına gəlir. Buna görə də Soçidə bu əməliyyatı həyata keçirə biləcək həkim tapır. Həkim onu inandırır ki, əməliyyatla boğazının dərisindəki qüsur aradan qalxacaq. Təəssüflər olsun ki, əməliyyat zamanı müğənninin yuxu damarı zədələnir və N.Məmmədova əməliyyatdan sağ çıxmır. Sonradan aparılan istintaq zamanı bəlli olur ki, əməliyyat edən plastik cərrah yox, salonda işləyən “manikür” ustası imiş. Məhkəmə saflığından istifadə edib öncə müğənnini tora salan, daha sonra isə “canını alan” həkimə 9 il iş kəsir.
N.Məmmədovanın oğlunu xalası öz himayəsinə götürüb böyüdür, evləndirir. Evlənəndən sonra Ceyhunun bir qızı dünyaya gəlir. Ceyhun qızına anası Nəzakətin adını verir və beləcə Nəzakət Məmmədovaya nəvəsinin timsalında yenidən həyat bəxş edilir. Ancaq nə yazıq ki, nəvə Nəzakət Məmmədova da nənəsinin nakam taleyini yaşayır. Oxuduğu institutdan evə qayıdanda Nəzakətin olduğu maşının üstünə ağac aşıb düşür. Və beləcə nəvə Nəzakətin də çox gənc yaşında həyat kitabı yarımçıq qalır. Qızının dərdinə dözə bilməyən Ceyhun da 43 yaşında vaxtsız dünyasını dəyişir...

Beləcə gözəl bir qadının həyat dastanı sona çatır. Demək ki, gözəlliklə bağlı deyilənlər həqiqətə daha yaxın imiş. Tanrı qadının özünü gözəl yaradınca kaş ki, bəxtini gözəl yaza...
(Moderator.az)
loading...


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Reklam
Əsas xəbərlər