KƏLBƏCƏRƏ AÇIQ MƏKTUB : 25 illik "yubileyi" münasibətilə » Sumqayitfakt.az
Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Ən çox oxunanlar
Sorğu

KƏLBƏCƏRƏ AÇIQ MƏKTUB : 25 illik "yubileyi" münasibətilə

Baxılıb: 2302     Tarix: 02-04-2018 10:03   


Məktub yazmaq, məktublaşmaq ənənəsinin tarixini dəqiq bilməsəm də, bu yazışmaların əsasən insanlar arasında olduğunu çox yaxşı bilirəm.
Və məktub yazan şəxs onun cavabını da səbrsizliklə gözləyir. Bu gün mən müqəddəs bir yurd yerinə üz tutub məktub yazıram. Və yəqin cavab da gəlməyəcək. Çünki 25 il əvvəl düşmənə girov qoyub gəldiyimiz Kəlbəcərin məni kimi məktub yazma imkanı yoxdu, əli-qolu bağlıdı. Bir sözlə, məktub yazmaq ənənəsindən kənara çıxıram. Bu ənənəçilikdən kənara çıxmağa "cığallıq" etdiyim üçün ulularımızın ruhu, sözbilənlərimizin səbri məni bağışlasın.

Salam, əziz və doğma Kəlbəcər! Bilirəm, məni lənətləyə - lənətləyə bu məktubu oxuyacaqsan. Həm də xəlvət. Çalışacaqsan ki, nə nərgiz, nə bənövşə, nə də novruzgülü məndən gələn məktubu oxuduğunu görməsin. Çünki mənim kimi nankor bir yurd övladının məktubuna səninlə birgə girov həyatı yaşayan vəfalı gül - çiçəyinin gözünün ucuyla baxmağını rəva görməyəcəksən. Düz edəcəksən, özümə hansı səbəblə haqq qazandırım ki?

Əzizim, səni ağrıdan tərəflər olduğu kimi, məni də göynədən məqamlar çoxdu. Canımda az- çox təpərim olsa da, qoynuna gəlməyə ixtiyarım yoxdu. Və bu “yoxlar”dı aramıza 25 illik ayrılığı salan. Dədə - babasının məzarını ziyarət edəndə dığalar tərəfindən qolu burulub girov götürülən Dilqəm və Şahbazdan şübhəsiz ki, xəbərin var. Dağ- daşının, gül - çiçəyinin gözü qarşısında yağı oğurlayıb aparıb onları. Ulu yurd, bundan- Dilqəm və Şahbazın dərdindən də betər ağrı-acımız var. Bunu sən bildiyin kimi, mən də az-çox qanıram. Xan kimi yaşadığımız torpağında girov götürülüb qul kimi işlədilmək çox ağırdı. Həyət-bacada yox e, qızıl çıxan torpağında. Bəs, qızıl "bar" verən torpağında girov olaraq kötəklənə - kötəklənə bir qarın çörəyə işləməyin adı nədi? Bu bir millətin faciəsi, qürurunun ən pis şəkildə sındırılmasıdı, məncə...

Ulu yurd, səndən ayrılanda yaddaşımın oğlan çağıydı. İndi yalandan nə basıb- bağlayım, çox şeyləri unutmuşam. Hər il aprelin 2- də yaddaşım bir az da korşalır, hər il təzədən səni itirirəm yaddaşımla birgə. Sonra girov yaddaşımı geri çağıra bilmirəm. Və hər il aprelin əvvəlində bulaqlarının, yaylaqlarının adı yavaş- yavaş yadımdan çıxır. Və unutmaq bu təhər olur. Sənsiz doğulan uşaqlar böyüyüb bəy, gəlin oldular. Bakıda, Gəncədə, Sumqayıtda “Şuşa”, “Qarabağ”, “Laçın” restoranlarında toy çaldırdılar özlərinə. “Sənə canım qurban olsun!” deyən baba-nənələrimiz sənə əli uzalı getdi bu gidi dünyadan. Yaddaşlar itdi, yaddaşlar təzələndi... 25 ildən sonra bizi neynirsən?.. Qoynuna yad kimi dönməyimiz nəyinə gərəkdi? Bizə və bizdən törəyənlərə qucaq açmağa peşiman olacaqsan. Çünki bizim övladlarımız da özümüz kimi nankor olacaq. Havanı udduq, suyunu içdik, bulağının başında dadlı kababını yedik. Biz səni hələ var bilirik. Sən bizi artıq yox say. Bağışla, Kəlbəcərim, çox yazmağa gerçəkdən üzüm yoxdu. Hələlik...

P.S. Mən bu məktubu şəhərdən yazıram, burda hər şey əladı, heç elə bil "əsirlik, girovluq" yubileyləri sıralanan yurd yerləri bizim deyil... Ulu yurd, bu gün - işğalının növbəti ildönümündə yenə "kürsü qəhrəmanları" həvəslə əttökən çıxışlarına hazırlaşır, qohum-qonşudan diqqətli olmağı xahiş edirlər. Minnətdarlıqlar, (?) təşəkkürlər, təriflər və növbəti ili gözləmək... Kiminsə kənardan səsini eşitdim:" Ə, bizdən, sizdən TORPAQ-ZAD alan çıxmaz, vicdanımız olsun, bu QARA CAMAATIN heysiyyətiylə az oynayaq..."
Biz qəribə millətik, eləmi...?

Namiq Dəlidağlı


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər