"Qiyməti rus arağından ucuz olan KİTABIM ALINMIR" - sumqayıtlı yazıçı gileyləndi » Sumqayitfakt.az
Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

"Qiyməti rus arağından ucuz olan KİTABIM ALINMIR" - sumqayıtlı yazıçı gileyləndi

Baxılıb: 2285     Tarix: 01-04-2018 20:27   
"Qiyməti rus arağından ucuz olan KİTABIM ALINMIR" - sumqayıtlı yazıçı gileyləndi

Bunu necə başa düşmək olar?! Bəlkə ermənilərlə olan işbirliyindən çəkinirsiniz?

Sumqayitfakt.Az manevr.az-a istinadən xəbər verir ki, bunu yazıçı Süleyman Hüseynov deyib. O kitabının satılmadığından gileylənərək, Rusiyada yaşayan həmvətənlərimizi qınayıb:

"Sözüm Rusiyada yaşayan həmvətənlərimədir. Son zamanlar tez-tez sosial şəbəkələrdə gen-bol yeyib-içmək məclisləri reklam olunur. Hamınıza nuş olsun! Məni bir şey maraqlandırır. Bir ildən artıqdır sizlərə müraciət etmişəm. Ayrı-ayrılıqda bəzi şəxsi tanıdığım, talış bölgəsinin, öz kəndimizdən olanlara, hətta qohumlarıma şəxsən müraciət etmişəm. Xahiş etmişəm Qarabağ, vətənpərvərlik mövzusunda olan, Rusiyada yaşayan azərbaycanlıların həyatından bəhs edən, tənqidçilərin qeyd etdikləri kimi, erməni məkrinin obrazlı təhlili verilmiş və rus dilində nəşr olunmuş "AND"("KLYATVA") romanımın (Kitabın azərbaycan dilində nəşri Mədəniyyət və Turizm nazirliyi tərəfindən edilmişdir) yayılmasına kömək etsinlər. Təəssüf ki, indiyədək bir nəfər də olsun qiyməti rus arağından ucuz olan kitabdan almayıb və oxumayıb. İstərdim məni düzgün başa düşəsınız. Mənim indiyədək çap olunmuş 12 kitabımdan 12 qəpik qazancım olmayıb. İndi də maddi ehtiyacım yoxdur. Şükür Allaha, dövlət və övladlarım qayğımı çəkirlər. Mənə təsir edən sizin biganəliyinizdir. Şikayət edirdiniz latın qrafikası ilə oxuya bilmirsiniz. Bəs buna nə deyirsiniz?!Hansı vətənpərvərlikdən,birlikdən danışırsınız?!
Hər sağlıq deyəndə "Qarabağ bizimdir!" deyirsiniz, amma Qarabağ həqiqətləri yazılan kitabı yaymaq istəmirsiniz. Bunu necə başa düşmək olar?! Bəlkə ermənilərlə olan işbirliyindən çəkinirsiniz?
Nə isə...Bir onu bilirəm bu cür təfəkkürlə axırı yoxdur. Allah özü kömək olsun bu millətə..."

Süleyman Hüseynov


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər