Aşıq Ələsgərin yaşı ilə bağlı məsələ beynəlxalq müstəviyə keçir » Sumqayitfakt.az
Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Aşıq Ələsgərin yaşı ilə bağlı məsələ beynəlxalq müstəviyə keçir

Baxılıb: 2242     Tarix: 10-02-2018 22:07   
Aşıq Ələsgərin yaşı ilə bağlı məsələ beynəlxalq müstəviyə keçir


Fevralın 4-də Qərbi Azərbaycan türklərinin öz ata-baba yurdlarından qovulması ilə bağlı “Tural” şadlıq evində keçirilən anma tədbirində Sabutay Hacıyev adlı bir nəfər Rusiya Dövlət Arxivinə istinad edərək, oradan hansısa sənəd əldə etdiyini və bu sənədin köməyi ilə tədqiqatçı, Atatürk Mərkəzinin şöbə müdiri Nazir Əhmədlinin Aşıq Ələsgərlə bağlı arxiv sənədləri ilə üzə çıxardığı faktları təkzib etdiyini iddia edib. Bunun əvvəlcədən planlaşdırılan provokasiya adlandıraraq tədbirin təşkilatçısı M.Yusifova kəskin etiraz edən Nazir Əhmədli S.Hacıyevin təqdim etdiyi sənədin Fotoşopla düzəldilmiş saxta sənəd olduğunu bildirib və Rusiya Dövlət Arxivinə bu barədə sorğu göndərib. Sumqayitfakt.Az sorğunun orjinal mətnini və tərcüməsini təqdim edir:



“Директору Российского Государственного Архива

Роговой Ларисе Александровне

Многоуважаемая Лариса Александровна!

Я имею учёную степень кандидата наук и занимаюсь исследованием архивных документов Закавказского края 19-го века. В камеральных описаниях данного периода установил дату рождения, состав семьи, перемешение (переселение) и вид деятельности многих знаменитых личностей Азербайджана. Одним из них является и знаменитый поэт Ашуг Алескер, который родился в 1852-ом году в селе Агкилисе Новобаязитского уезда (на территории нынешней Республики Армения). До этого времене в наших научных кругах дату рождения поэта принимали за 1821-й год.

Собиравшие отметить 200-летие остались недовольны этим фактом. Даже нашлись обыкновенные черносотенцы, начали унижать меня в глазах общественности, обвиняя в непатриотизме. Я основывался на камеральные описания, которые содержатся в Национальном архиве Армении, уточнил даты рождения некоторых литературных знаменитостей. Из-за этого могут отложить юбилеи. Эти невежды предпочитают старые данные, а не архивные данные в Армении.

На днях, точнее 4 февраля 2018-го года один из них, по имени Сабутай Гаджиев, распространил в соцсетах, в СМИ (например, musavat.com от 07.02.2018 и др.) от имени Вашего Архива такой нелепый текст, думая что как будто от вашего имени официально опровергал меня. Но эти люди настолько некомпетентны, безграмотны, что даже не знают дату первого Российского Всеобщего переписи населения и не думали уточнить эту дату с помошью интернета. В итоге получается что эти люди шарлатаны и вас выдают некомпотетным в глазах научных кругов, в общественной среде. В соцсетях я объясняю, что это не является документом хотя бы потому, что тут не указан адресат, нет номера и даты на ней, с трудом читается ваше имя и должность. Не вооруженным глазом видно, что это сделано с помощью компьютерных программ (фотошоп и т.д). А это обыкновенное жульничество, даже я сказал бы преступление.

Правда, этот человек превратил себя в обьект посмешища в глазах общественности, но нашлись и такие, которые поверили ему, тем самым пострадала моя и где-то ваша репутация.

Многоуважаемая Лариса Александровна!

Я уверен, вы не останетесь безучастной на этот фарс и примите меры для спасения моей и вашей репутации. Иначе я окажусь пострадавшим от имени Вашего учреждения. Думаю, следует обратиться в наше посольство в Москве и Посольство Российской Федерации в Баку. Что предпримите еще, вам виднее, но мне ясно одно ­­­­­­- нельзя этот вопрос обойти стороной, чтобы в будущем всякие провокаторы не делали подобное.

Надеюсь, о предпринимаемых мерах осведомите и меня.

С глубоким уважением,

Назир Сурхай оглы Ахмедли.

Заведующий отделом по международным связям Центра Ататюрка.

г.Баку.

09.02.2018.

Прилагаю «сфабрикованный» документ Сабутая Гаджиева”.



"Rusiya Dövlət Arxivinin direktoru

Larisa Aleksandrovna Roqovayaya

Çox hörmətli Larisa Aleksandrovna!

Mənim elmlər namizədi alimlik dərəcəm var və Zaqafqaziyanın 19-cu əsrə aid arxiv sənədlərinin tədqiqi ilə məşğul oluram. Həmin dövrün kameral siyahılarında Azərbaycanın bir çox məşhur şəxslərinin doğum tarixini, ailə üzvlərinin adlarını, bir yerdən başqa yerə köçmələrini, məşğuliyyətlərini müəyyən etmişəm. Onlardan biri də 1852-ci ildə indiki Ermənistan Respublikasının ərazisində yerləşən Novobəyazid qəzasının Ağkilsə kəndində doğulan məşhur sənətkarımız Aşıq Ələskərdir. Bizim elmi dairələrdə onun 1821-ci ildə doğulduğunu qəbul edirdilər.

Onun 200 illik yubileyini qeyd etməyə hazırlaşanlar bundan narazı qalmışlar. Hətta bir sıra qaraguruhçular məni qeyri-vətənpərvərlikdə suçlayaraq ictimaiyyətin gözündə alçaltmağa çalışmışlar. Mən Ermənistan Milli Arxivindəki sənədlərə əsaslanaraq bir sıra ədəbiyyat nümayəndələrinin doğum tarixlərini dəqiqləşdirmişəm. Buna görə həmin ədəbi simaların yubileyləri təxirə salına bilər. Ona görə də bu nadanlar Ermənistan Arxivindəki məlumatlardansa, köhnə və səhv məlumatlara üstünlük verirlər.

Bu günlərdə, daha dəqiq desək, 4 fevral 2018-ci ildə onlardan biri, Sabutay Hacıyev adlı bir nəfər sosial şəbəkələrdə və KİV-lərdə (məsələn, musavat.com və başqaları) Sizin adınızdan sərsəm bir mətn yayaraq guya məni rəsmi şəkildə “təkzib etmişdir”. Lakin bu insanlar o qədər avam və savadsızdır ki, birinci Ümumrusiya siyahıyaalmasının keçirildiyi tarixi bilmir və onu internet məlumatlarından dəqiqləşdirməyi ağıllarına gətirməmişlər. Nəticədə bu şarlatanlar Sizi də ictimaiyyətin nəzərində və elmi dairələrdə savadsız kimi qələmə vermişlər. Sosial şəbəkələrdə kimə ünvanlandığı, nömrə və tarixinin olmadığı, adınızın və vəzifənizin çox çətinliklə oxunduğuna görə bu kağızın sənəd olmadığını izah etmişəm. Adi gözlə də görmək mümkündür ki, bu saxtakarlıq Fotoşop və başqa kompüter proqramlarının vasitəsilə edilib. Bu isə adi fırıldaqçılıq, hətta deyərdim ki, cinayətdir.

Çox hörmətli Larisa Aleksandrovna!

Əminəm ki, Siz bu fırıldaqçılığa biganə qalmayacaq, mənim və özünüzün reputasiyanızı qorumaq üçün ölçü götürəcəksiniz. Başqa halda, mən Sizin müəssisənizin adı ilə zərər çəkmiş olacağam. Düşünürəm ki, bu barədə bizim Moskvadakı səfirliyimizə və Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət etməlisiniz. Hər hansı başqa tədbir görəcəyinizi də özünüz bilərsiniz. Lakin bir şey şübhəsizdir ki, bu məsələni kənara qoymaq olmaz ki, başqa provokatorlar da buna oxşar hadisələr törətməsinlər.

Ümid edirəm ki, həyata keçirdiyiniz tədbirlər haqqında mənə də məlumat verəcəksiniz.

Dərin hörmətlə,

Nazir Surxay oğlu Əhmədli.

Atatürk Mərkəzində beynəlxalq əlaqələr şöbəsinin müdiri.

Bakı şəhəri, 09.02.2018.

Sabutay Hacıyevin düzməcə “sənəd”ini əlavə edirəm”.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər