Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Ən çox oxunanlar
Sorğu

Sumqayıt Bələdiyyəsinə kim rəhbərlik edəcək – sədrlik uğrunda mübarizə

Baxılıb: 2897     Tarix: 10-02-2016 16:41   
Sumqayıt Şəhər Bələdiyyəsi uzun müddətdir ki, sədrsiz fəaliyyət göstərir. Hazırda bu vəzifəni sədrin müavinlərindən biri Sultan Əsədov müvəqqəti əvəz edir.

Sumqayıt Bələdiyyəsinə kim rəhbərlik edəcək

Lakin bələdiyyə sədri kimi mühüm bir postun bu qədər müddətdə boş qalması haqlı olaraq müxtəlif suallar doğurur. Sumqayitfakt.az portalına yaxın mənbədən daxil olan məlumata görə, sabiq sədr Əbülfəz Babayevin bu postdan uzaqlaşdırılmasının əsas səbəblərindən biri ciddi maliyə pozuntularına yol verməsi və Bələdiyyənin hesabında olan vəsaitin faktiki olaraq dağıdılması olub. Hətta iş o yerə çatıb ki, Bələdiyyə öz çalışanlarının bir neçə aylıq əməkhaqqılarını verə bilməyib.
Qeyd edək ki, bələdiyyənin sabiq sədri Əbülfəz Babayev on il müddətində postunu qoruyub saxlaya bilsə də Zakir Fərəcovun Sumqayıta icra başçısı təyinatından sonra bu mübarizəsində müvəffəq ola bilməyib. Z. Fərəcov şəhərə rəhbər təyin edilməsindən həmən sonrakı toplantılarda yarıtmaz fəaliyyətinə görə ən çox tənqid etdiyi qurumlardan biri də Sumqayıt şəhər Bələdiyyəsi olub. Bu, həm başçının bələdiyyə təcrübəsindən irəli gələn bilgisi, həm də Ə. Babayevlə işləmək istəməməsi ilə izah edilir.
Bizə məlumat verən mənbənin sözlərinə görə, Ə. Babayev hələ keçmiş başçı Eldar Əzizovla da müəyyən problemlər yaşamşdı. E. Əzizov onun yenidən sədr seçilməsində maraqlı olmasa da sonradan hansı formadasa ümumi dil tapılıb. Məlumata görə, burada 2011-ci ilədək Sumqayıtın icra başçısı işləyən Vaqif Əliyevin də müəyyən rolu olub. Xatırladaq ki, 2005-ci ildə Ə. Babayev məhz V. Əliyevin dəstəyi ilə bələdiyyəyə sədr seçilməyə nail olmuşdu.
Obyektivlik naminə qeyd edək ki, son illərdə şəhər bələdiyyəsinin fəaliyyəti iflic vəziyyətə salınmışdı. İş o yerə çatmışdı ki, son aylarda qurum öz çalışanlarının əməkhaqqılarını belə verə bilmirdi. Bunu yanvarın 22-də Bələdiyyənin hesabat yığıncağında sədr müavini, hazırda sədrin səlahiyyətlərini icra edən Sultan Əsədov da açıq söyləyib: “Təəssüf ki, son 10 il ərzində yerli Bələdiyyə öz işini yüksək səviyyədə qura bilməyib: “Baxmayaraq ki, hər il Bələdiyyə büdcəsinə 2 milyon manata yaxın vəsait daxil olub, ancaq nəzərdə tutulan layihələr icra edilməyib. Son 5 ayda isə bələdiyyə işçiləri əmək haqqı almırdı”.
Lakin şəhər təsərrüfatının idarə olunmasında mühüm rol oynayan bir quruma hələ də sədr seçilməməsi müəyyən suallar yaradır.
Mənbənin məlumatına görə, Sultan Əsədov bu posta ən iddialı namizədlərdən biridir. Hətta, S. Əsədov sədr seçilmək üçün şəhər rəhbəri ilə razılığa gəlməyin yollarını axtarır. (Bələdiyyə seçkili orqan olsa da, sədr seçilməsində kənardan müdaxilənin mümkünlüyü danılmazdır) Lakin mənbə bildirir ki, Z. Fərəcov bu barədə qərar verməyə tələsmir. Bələdiyyə rəhbərliyində kifayət qədər təcrübəsi olan başçı bu posta özünə ən yaxın şəxslərdən birinin rəhbərlik etməsi istəyindədir. Lakin bələdiyyənin hazırkı tərkibində beləsini tapmaq çətin olduğundan S. Əsədovun şansı o qədər də real görünmür.

Sumqayitfakt.az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər