Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728 
Sorğu

"Ana yurdunm, hər daşına üz qoyum” -Bilgəhdə Məmməd Araz anıldı

Baxılıb: 3159     Tarix: 15-10-2017 21:25   
"Ana yurdunm, hər daşına üz qoyum”
Sumqayitfakt.Az xəbər verir ki, Sabunçu rayon İcra Hakimiyyətinin dəstəyi ilə Bilgəh qəsəbəsi Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə dahi Azərbaycan şairi Məmməd Arazın doğum günü ilə bağlı "Ana yurdum,hər daşına üz qoyum..."adlı ədəbi- bədii gecə keçirilib. Tədbir Ulu öndər Heydər Əliyevin Məmməd Araz yaradıcılığına verdiyi qiyməti əks etdirən süjetlə başlayıb. Tədbiri giriş sözü ilə məktəbin direktoru, Əməkdar müəllim Gülnaz Abdullayeva açaraq deyib: “ Bu gün Azərbaycan ədəbiyyatına misilsiz töhfələrini vermiş Məmməd Arazın anadan olduğu gündür. Yaşasaydı biz bugün şairin 84 illiyini qeyd edərdik. Amma biz bugün təəssüflənmirik, onsuzda həyat axıcıdır, əbədi deyil. Amma Məmməd Araz öz şeiriyyəti ilə Azərbaycan ədəbiyyatına böyük töhfələr verdi ki, bu günkü tədbirimiz ona həsr olunub.” Sonra söz tədbirdə iştirak edən Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcovaya verilib o deyib: “Bu gün biz Məmməd Arazın gecəsinə yığışmışıq. Ruhumuz mənən dincəldi. Ümid edirəm ki, bu gün Məmməd Arazın da ruhu şad oldu. Buna görə məktəbin direktoru Gülnaz xanıma ilk olara dərin minnətdarlığımı bildirirəm. Qeyd etmək istəyirəm ki, Sovet ittifaqı dağıldıqdan sonra Azərbaycan həm iqtisadi , həm də siyasi cəhətdən ağır günlərini yaşayırdı. Təbii ki, bu da incəsəbnət, mədəniyyət sahəsinə də öz təsirini göstərmişdi. Belə ki, incəsənətdə bir sıra sahələr çox ağır günlərini yaşayırdı, dərin böhran içərisində idi. Məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bütün sahələrdə dirçəliş olduğu kimi məhz incəsənət, mədəniyyət sahəsində dirçəliş, çiçəklənmə baş verdi. Onun əməyinin nəticəsidir ki, biz bugün burada dahi şairimizin gecəsini qeyd edirik. Bir çoxlarınız bilirsiniz ki, o zamanlar incəsənt, mədəniyyət sahəsi elə ağır günlərini yaşayırdı ki. hətta bir sıra dahi şairlərin adını çəkməyə belə qorxurdular. Nəinki gecəsini keçirməyə, hər hansı bir şeirinin misraslnı deməyə belə çəkinirdilər. Amma bu gün biz burda azad, müstəqil şəkildə qorxmadan, qürurla Məmməd Arazım şeirlərini bu cür səsləndiririksə ulu öndərimizin siyasətinə onun siyasətini uğurla davam etdirən cənab Prezidentimiz İlham Əliyevə minnətdarıq. Məmməd Araz şerirlərində xalqın ağır günlərini, nisgilini, fəryadını, Vətən həsrətini əks etdirirdi ki, məhz bu gün bunu bu gənclərimizin həyacanlı, titrək səslərində gördük. Gözəl anlar yaşadıq. Buna görə məktəbin rəhbərliyinə və bu tədbirdə əməyi olan hər bir kəsə, xüsusilə də bizim uşaqlarımıza, gənclərimizə dərin təşəkkürümüzü bildiririk”.

Məktəbin dil-ədəbiyyat müəllimləri Nahidə Məmmədova “Məmməd Arazın həyatı”, Mələksima Quliyeva “Məmməd Arazın yaradığılığı”, Səhyəddin Quliyev “Məmməd Araz yaradıcılığında vətənpərvərlik tərbiyəsi”, Kəmalə Allahverdiyeva “Məmməd Araz poeziyasında təbiət gözəlliklərinin tərənnümü” mövzusunda məruzə ediblər.

Məktəbin 11-ci sinif şagirdlərindən Uster Burhan, Uster Ayşənur, Ələsgərzadə İranə, 10-cu sinif şagirdləri Bayramzadə Əli, Hüseynli Kənan, Əlbəndəyev Sevin, Qocayev Cəfər, 5-ci sinif şagirdləri Nəzrin, Günay, Safurə, Zenfira şairin şeirlərini söylədilər. 11-ci sinif şagirdi Ağazadə Nurlan, Quliyev Şirzad Məmməd Arazın sözlərinə yazılmış mahnıları ifa etdilər.

Muğam ustası Hüseyn Məlikovdan ibarət üçlüyün ifa etdiyi xalq mahnısı da tədbir iştirakçlarl tırıfindın maraqla qarşılanıb.

Tədbirdə iştirak edən Məmməd Arazın qardaşı-yazıçı Əbülfəz İnfiloğlunun kürəkəni, "Sabaha inamla" qəzetinin baş redaktoru Namiq Məmmədli çıxış edərək Məmməd Arazın dogma yurda, ata ocağna sevgisindən, onun məğrurluğundan, əyilməzliyindən, sınmazlığından, poeziyasının qüdrətindən, əbədiyaşarlığından danışıb, tədbirin təşkilatçılarına Məmməd Araz ailəsi adından öz təşəkkürünü bildirib.

N.MƏMMƏDOV















Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər