Xəbər xətti

20-10-2017

Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu

Görkəmli kimyaçı alim - ƏBÜLFƏZ BABAYEV - 70

Baxılıb: 373     Tarix: 22-09-2017 15:20   


Bu ay elm ictimaiyyəti, yaxınları, dostları, tələbələri və yetirmələri texnika elmləri doktoru, professor, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Beynəlxalq Mühəndislər Akademiyasının həqiqi üzvü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Üzvi maddələrin texnologiyası və Sənaye Ekologiyası kafedrasının” professoru Babayev Əbülfəz İsmayıl oğlunun anadan olmasının 70 illik yubleyinə hazırlaşır.

Görkəmli alim Əbülfəz Babayevin tədqiqatçı alim olması haqqında hələ mən 1986-cı ildə AMEA-nın Kimya Problemləri İnsitutnun aspiranturasında oxuyan zaman məlumatım var idi və bir sıra bir-birindən dəyərli elmi məqaləlrini oxumuşdum. Apardığı tədqiqat işləri, elmi araşdırmaları sırf Sumqayıt kimya sənayesindəki istehsalatlarda qarşıya çıxan problemlərlə bağlı olunduğu üçün, bu dəyərli alimin elmi yaradıcılığı bir oxucu və gələcəyin kimyaçı alimi kimi həmişə diqqətimi çəkmişdir. Bununla belə, Əbülfəz müəllimlə ilk tanışlığım 1995-ci ilə təsadüf edir. Onda Etilen-Polietilen zavodu yeni yaranmışdı. Yəni “EP-300” kompleksi “Sintez kauçuk” İstehsalat Birliyinin tərkibindən çıxarılıb yeni yaradıl-mış Etilen-Polietilen zavodunun tərkibinə verilmişdi. Əbülfəz müəllim onda “Sintez kauçuk” zavodunun baş mühəndisi vəzifəsində çalışırdı. Həmin vaxtlarda avadanlıqların bölgüsün-də bir çox mübahisəli məqamlar üzə çıxırdı. O cümlədən bir sıra labaratorya avadanlıq-larının bölgüsündə də belə bir məsələ ortaya çıxmışdı. Araşdırma komissiyasında Əbülfəz müəllim də iştirak edirdi. Mənim ilk tanışlığım elə oradan başlandı. Bizə lazım olan ava-danlıqların verilməsi ilə bağlı müraciət edəndə, üçün heç bir tərəddüt etmədən razılıq verdi.

“Sintez kauçuk” zavodunun işçiləri kəskin şəkildə etiraz etdikdə, Əbülfəz müəllim onlara təvazökarlıqla bildirdi:


- Görürsünüz ki, Zakir müəllimgil həvəslə işləmək istəyirlər. Məhz elə buna görə biz onlara kömək etməli, dəstək olmalıyıq.

Həqiqətən də həmin o andan bu müdrik insana tanışlığıma bir daha sevindim. Bu tanışlığın bəhrəsi olaraq biz Əbülfəz müəllimin rəhbərliyi ilə kimya sənayesinin poblemlərini bir proqram şəkilində hazırladıq. Onunla ilk tədqiqat işimiz “Divinil istehsalatında” alınan butan-izobutilen fraksiyasının mövcud qurğularda səmərəli istifadə olunmasına həsr olunmuşdur. Butan-izobutilen fraksiyasının hidrogenin iştirakı ilə laboratoriyada piroliz qurğusunda prosesin mexanizmi, optimal rejimin seçilməsi və kinetikası öyrənildi.

Müsəqilliyimizin ilk vaxtlarında Sovetlər Birliyindəki əlaqələr tam təsildiyi üçün zavodları reagentlərlə və köməkçi məhsullarla təmin etmək çox çətinləşmişdi. Belə bir çətin vəziyyət Polietilen istehsalatında da yaranmışdı. Polimerləşmə prosesində istifadə olunan ağ yağları vaxtında gətirmək olmurdu. Xarici öllkələrdən asılılığı aradan qaldırmaq üçün H.Əliyev adına Neft Emalı Zavodunun katalitik krekinq qurğusundan alınan propan-propilen fraksiyasının əsasında alüminium xlorid kompleksinin iştirakı ilə ağ yağların alınma texnologiyası işlənib hazırlanmışdı. Bundan başqa piroliz prosesindən alınan C5 və pirokondensat fraksiyaların emalı ən aktual məsələlərdən biri idi. Respublikada həm daxili tələbatı lak-boya kimi məhsullarla qismən ödəməklə yanaşı, həm də sənaye üçün əsas xammal hesab olunan benzol istehsalının texnologiyası işlənib hazırlanmışdı. Görkəmli alimin onlarla elmi işləri xarici və dövri jurnallarda dərc olunmuş, beynəlxalq konfranslarda və simpoziumlarda maraqla dinlənilmişdir. Bundan başqa onun rəhbərliyi ilə elmi tədqiqat işləri və ali məktəb üzrə dərslik kitabları nəşr olunmuşdu.

Görkəmli alim Əbülfəz Babayev bu gün də böyük həvəslə, səylə, usanmadan, yorulmadan elmi-tədqiqat və yaradıcılıq işlərini davam etdirir.

Əbülfəz müəllim kimya üzrə fəlslfə doktoru elmi dərəcəsi alınması üçün yazdığım dissertasiya işində mənim elmi rəhbərim olub. Bu gün də elmi fəaliyyətimi onunla iş birliyi şəraitində davam etdirirəm. Onun dərin biliyi, istehsalat təcrübəsi mənim üçün çox böyük məktəbdir. Məhz bu səbəbdən hər zaman əlaqə saxlayrb, ustadın dəyərli məsləhətlərini alıram.

Əbülfəz müəllimin şəkili bu gün də Etilen-Polietilen zavodunun labaratoryasının girişində bu laboratoryanın keçmiş rəhbərləri ilə bir sırada vurulmuşdur. Əbülfəz müəllim məhz bu labaratoryada elmi-tədqiqat işlərinə başlamışdır. Labaratorya binasına daxil olan hər kəs Əbülfəz müəllimin keçdiyi yoldan danışır və ona olan xoş arzularını bir daha dilə gətirirlər.

Yuxarıda da qeyd etdiyim kimi, bu günlərdə tanınmış kimyaçı alim, kimya elmləri doktoru, professor Əbülfəz Babayevin 70 illik yubleyi tamam olur. Onun ad günü Ulu öndər Heydər Əliyevin şah əsərlərindən olan “Əsrin müqaviləsi”nin imzalanması gününə təsadüf edir və Neftçilərin peşə bayramı günü ilə üst-üstə düşür. Həmin gün mənim üçün ikiqat bayramdır. Mən də Əbülfəz müəllim Babayevi 70 illik yubleyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Zakir Məmmədov,
SOCAR “Azərikimya” İstehsalat Birliyinin
Texniki istehsalat şöbəsinin rəis müavini,
kimya üzrə fəlsəfə doktoru










loading...


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Reklam
Əsas xəbərlər