Xəbər xətti

20-10-2017

Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu

«Azərikimya» İB-də mükafatlandırma mərasimi keçirilib - FOTOLAR

Baxılıb: 2111     Tarix: 21-09-2017 20:03   


«Azərikimya» İstehsalat Birliyinin akt zalında 20 sentyabr – Azərbaycan neftçilərinin peşə bayramı günü münasibətilə təltif olunan kimyaçılarla görüş keçirilmişdir.

Çıxış edənlər qeyd etmişlər ki, bu gün həm də onunla əlamətdardır ki, SOCAR Prezidenti Rövnəq Abdullayev Sumqayıt şəhərində olmuş, “Azərikimya” İB-nin “Etilen-polietilen” zavoduna gələrək əsaslı təmir və yenidənqurma işlərindən sonra Polimer İstehsalatında inzibati və məişət binasının, Mexaniki emal sahəsinin, həmçinin Sənaye və məişət tullantı sularının təmizlənməsi üçün tikilmiş yeni qurğunun açılışında iştirak etmişdir.

“Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev boyük neftçilər ailəsi ilə birgə peşə bayramlarını qeyd edən kimyaçıları bu əlamətdar gün münasibətilə təbrik etmiş, respublikamızın regionun ən qüdrətli dövlətlərindən birinə çevrilməsində, iqtisadi inkişaf tempinə görə dünyada öncül bir mövqeyə çıxmasında Azərbaycan neftçilərinin böyük əməyi, müstəsna xidmətləri olduğunu dilə gətirmişdir. M.Babayev mütəmadi olaraq neft sənayesinin inkişafındakı müstəsna xidmətlərinə görə fəxri adların verməsini, onların orden və medallarla təltif etməsini ölkə başçısının Azərbaycan neft-kimya sənayesi işçilərinə göstərdiyi diqqət və qayğının təzahürü, onların əməyinə verlən ən yüksək dəyər kimi qiymətləndirmiş, Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə Prezidentin fərdi təqaüdü verilmiş veteran kimyaçı Maqsud Eyvazovu, “Azərikimya”nın əməkdaşları “Əməkdar kimyaçı” fəxri adına layiq görülmüş Nadir Alıyevi, “Tərəqqi” medalı ilə təltif olunmuş İsrail Əfəndiyevi, Söhbət Qəhrəmanovu, Zakir Məmmədovu və Oqtay Niftəliyevi təbrik etmiş və xoş arzularını çatdırmışdır.

Sonra "Etilen-Polietilen" zavodunun Qazayırma sahəsinin qazayırma aparatçısı Afayət Baxışovaya, Piroliz qazının sıxılması və təmizlənməsi sahəsinin kompressor qurğularının maşinisti Ziyafət Quliyevə, Təmir-Tikinti İdarəsinin Avadanlıqların təmiri və xidməti sahəsinin elektrik qaz qaynaqçısı Zirəddin Aslanova, 2 saylı Təmir-tikinti və korroziyadan mühafizə sahəsinin iş icraçısı Zaur Cəlilova və "Etilen-Polietilen" zavodunun balansında olan “Kimyaçı” mədəniyyət sarayının direktoru Ədalət Quliyevə SOCAR Prezidentinin Fəxri fərmanı və birdəfəlik pul mükafatı təqdim olunmuşdur. Həmçinin “Etilen-Polietilen” zavodunun Piroliz qazının sıxılması və təmizlənməsi sahəsinin qaz təmizləyici aparatçısı Minarə Ağayeva “İlin ən yaxşı kimyaçısı” adına layiq görüldüyünə görə rəhbərlik tərəfindən təbrik edilmişdir.

Tədbirin sonunda “Azərikimya” İB tərəfindən təltif olunmuş 23 nəfər kimyaçıya – Etilen-polietilen zavodunun və Təmir-tikinti İdarəsinin əməkdaşlarına fəxri fərman və pul müfafatları təqdim olunmuşdur.

Tədbir boyu “Azərikimya” İB-də həyata keçirilən modernizasiya və yenidənqurma işləri, qazanılmış texniki nailiyyətlər, əməkçilərin istehsalat fəaliyyəti, onların ildən-ilə yaxşılaşmaqda olan məişət və sosial-mədəni həyatı dolğunluğu ilə foto-slaydlar vasitəsilə tədbir iştirakçılarının nəzərinə çatdırılmışdır.

Sumqayitfakt.Az





















loading...


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Reklam
Əsas xəbərlər