Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu

Myanma liderinin Nobel mükafatı ilə bağlı son qərar verildi

Baxılıb: 470     Tarix: 09-09-2017 20:35   
Myanma liderinin Nobel mükafatı ilə bağlı son qərar verildi

Myanmanın dövlət katibi Aunq San Suu Kyi “Nobel” sülh mükafatından məhrum edilməyəcək. Sumqayitfakt.Az xəbər verir ki, bu barədə Nobel Sülh Mükafatı Komitəsinin mətbuat katibi Olan Nyolstad jurnalistlərə bildirib.

O deyib ki, Myanmada Rohinca müsəlmanlarının buddistlər tərəfindən kütləvi şəkildə öldürülməsinə, buna görə Aunq San Suu Kyiyə göstərilən təzyiqlərə baxmayaraq, onun “Nobel” mükafatı geri alınmayacaq. Nyolstad şəxsi fikrini ifadə edərkən, Myanma liderinin müsəlmanların qətlində günahkar olmadığını bildirib:

“Nobel Komitəsi mükafatlandıracağı şəxslərin həmin vaxta qədərki fəaliyyətlərini nəzərə alaraq təltif edir. Keçmişdə mükafat qazananların sonrakı fəaliyyətlərinə şərh vermir”, - deyə Nobelin sözçüsü bildirib.

Qeyd edək ki, uzun müddət müxalifətdə olan və ev dustaqlığında yaşayan Aunq San Suu Kyi 1991-ci ildə “Nobel” sülh mükafatına layiq görülüb. 2016-cı ildə, Aunq San Suu Kyi hakimiyyətə gələndən sonra Arakan ştatında yaşayan müsəlmanlarla buddistlər arasındakı qarşıdurmalar daha da şiddətlənib.

270 min müsəlman doğma yurdlarını tərk edərək qonşu Banqladeşə sığınıb.

Aunq San Suu Kyi müsəlmanların buddistlər və təhlükəsizlik qüvvələri tərəfindən təzyiqlərə məruz qalmasına, öldürülməsinə qarşı diqqətsizlikdə günahlandırılır. Myanma liderindən Nobel ödülünün geri alınması ilə bağlı change.org saytında petisiya təşkil edilib. Hazırda 380 min adamın bu petisiyanı imzaladığı bildirilir.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər