Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

Ağdaban.az saytı təqdim edildi

Baxılıb: 2661     Tarix: 29-06-2017 22:02   
Ağdaban.az saytı təqdim edildi
Ağdaban soyqırımı – 1992-ci il aprel ayının 8-də baş verən, tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biri, Azərbaycanın gözəl güşəsi Qarabağın qala qapısı Kəlbəcəri ələ keçirmək üçün erməni seperatçılarının “Böyük Ermənistan” yaratmaq xülyasıyla Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli soyqırımdır.
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ağdaban qətliamının tanıdılması məqsədilə iki dildə www.Agdaban.az (en.Agdaban.az) informasiya mərkəzinin yaradılması” layihəsinin həyata keçirilməsinin əsas məqsədi aprel ayında baş verən bu dəhşətli olay barədə gəncləri məlumatlandırmaqdan ibarətdir.
Azərbaycan Dəmir Yolları QSC-də keçirilən tədbiri giriş sözü ilə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İB-nin sədr müavini Həbib Misirov açaraq tarix boyü erməni vandalları tərəfindən xalqımızın başına gətirilən müsibətlərdən danışdı. H.Misirov təmsil etdiyi QHT-nin bu istiqamətdə illərdir təbliğat işinin aparıldığını dedi: “Mən ilk növbədə millət vəkili Cavid Qurbanov adından hər birinizi salamlayıram. Bizim təşkilatın sədri, dəyərli ziyalımız Qənbər Qurbanovun tapşırıq və tövsiyyələrinə uyğun olaraq neçə illərdir ki, bu soyqırım haqqında silsilə tədbirlər reallaşdırılır”.
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov çıxış edərək Ağdaban soyqırımının insanlığa, bəşəriyyətə qarşı törədilən etnik təmizləmə cinayəti olduğunu deyib: “Ağdaban kəndi Kəlbəcər rayonunda, Ağdaban çayının sağ silsiləsində, Ağdaban dağının yamacında, Murov dağ silsiləsinin cənub ətəyində,rayon mərkəzindən 56 km şimal-şərqdə yerləşir.Kəndin 460 nəfər əhalisi vardı. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi erməni seperatçıları tərəfindən hücuma məruz qalmışdır. Kənd bir gecədə tamamilə yandırılmış, kəndin 779 sakininə işgəncələr verilmişdir. İşğal zamanı ermənilər tərəfindən 67 nəfər qətlə yetirilib, 90-100 yaşlı 8 qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri odda yandırılıb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib, 2 nəfər itkin düşüb. Kənd əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişlər. Təəssüflə qeyd etmək lazımdır ki, xalqımızın başına gətirilən digər müsibətlər kimi bu faciəyə də dünya miqyasında hüquqi qiymət verilməyib.
İkili standartlardan doğan bu yanaşmaya daha çevik və interaktiv təbliğatla qalib gəlmək mümkündür. Dünya bilməlidir ki, APREL AYINDA ERMƏNİLƏRƏ QARŞI DEYİL, AZƏRBAYCANLILARA QARŞI DƏHŞƏTLİ SOYQIRIM TÖRƏDİLİBDİR.Çox təəssüf ki, bu soyqırım haqqında bir dənə də olsun informasiya resurs mərkəzi yaradılmayıbdır. Biz də Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası olaraq bu sahədə ciddi təcrübəmiz var. Ümid edirəm tez bir zamanda saytımızın faydasını hiss edəcəyik. Biz eyni zamanda saytımızın ingilis dili versiyasının xaricdə təqdimatını da hazırlamışıq. Sonda öz növbəmdə QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevə, eyni zamanda, millət vəkili Cavid Qurbanova öz təşəkkürümü bildirirəm”.
Daha sonra AMEA-nın əməkdaşı, gənc alim Cahid İsmayıloğlu çıxış edərək erməni terrorçuları tərəfindən xalqımızın başına gətirilən müsibətlər barədə ölkə gənclərinin maarifləndirilməsinin vacibliyindən danışıb.
AZXEBER.com saytının baş direktoru Əfsələddin Ağalarov isə çıxış edərək Ağdaban soyqırımı ilə bağlı mediada ciddi təbliğat işlərinin aparılmasının vacibliyindən danışıb.
AFN.az saytının baş redaktoru Səbuhi Qafarov çıxışında cəmiyyət olaraq həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyindən danışıb.
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İB-nin layihə departamentinin rəhbəri Həqiqət Şükürova Ağdaban həqiqətlərinin orta məktəb şagirdləri arasında təbliğinin vacib olduğunu deyib.
Sonda tədbir iştirakçıları Ağdaban sıyqırımına aid lentə alınan qısametrajlı sənədli filmə baxıblar.turkustan.info

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər