Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu

Mən onların yerinə utanıram... -Sevinc QƏRİB

Baxılıb: 2767     Tarix: 25-04-2017 18:58   
Mən onların yerinə utanıram...

Yazdıqlarımın nə mentalitetlə, nə də şəriətlə heç bir əlaqəsi yoxdur. Düşüncəmdə formalaşan qadın obrazının növbəti dəfə zənnimi yanıltmasından dolayı fikirlərimi yazmaq istədim. Belə ki, qadınların ucadan, çox vaxt da qışqıra - qışqıra danışmağını heç qəbul etmirəm. Hələ-hələ o ictimai qadındırsa...
Çalışdığım müəssisədə, küçədə, olduğum hər hansı bir məkanda az qala hər gün qarşılaşdığım bu tip qadınlar danışanda istər istəməz sıxıldığımı, büzüşdüyümü hiss edirəm. Yox ki, onlardan çəkinirəm. Sadəcə, mənsub olduğum cinsin davranışı məni utandırır. Bəli, mən onların yerinə utanıram...

Anlayıram ki, xarakter hər hansı bir peşəyə və ya sənətə görə formalaşmır. Ancaq mənə elə gəlir ki, insanlar özlərini aid olduqları peşəyə görə tərbiyələndirməlidir. Ötənlərdə bir tədbirdə bir neçə xanım şairin ( şairə sözünü qondarma hesab etdiyimdən, şair yazmalı oldum) hay-küylə, ucadan danışaraq, yersiz zarafatlarla guya tədbirin maraqlı keçməsinə "kömək etməsi" onlar haqqında olan fikirlərimi alt-üst etdi. Yəni, samballı, ağayana hesab etdiyim o xanımlar bir anda gözlərimdə məişət qadınlarına çevrildilər. Hər şeyin öz yeri və həddi var.

Bir ədəbi məclisdə az qala bütün zalı bürüyəcək qədər uca səslə danışmaq, şit zarafatlar etmək və ya gülmək məncə, etikadan uzaqdır. Üstündən xeyli vaxt ötməsinə rəğmən, hələ də özümə gəlməmişəm Bu "ocağın" tüstüsü təpəmdən çıxmamış, növbəti tədbirdə daha betər mənzərəylə qarşılaşdım. Tədbirdə bir qadın şair hər kəsin sözünü kəsib, "yerinə oturtmaq" sayağı bir missiyanı yerinə yetirirmiş kimi kimsəyə macal vermədən səsini başına atmışdı. Və həm də söz verilmədiyi halda...

Nə isə...Çox böyük istəklə qatıldığım tədbirdə zənnim daha bir "uğursuzluğa" uğradı. Adi qadınlardan fərqli ruh daşıyıcıları olan şair qadınlar doğrudanmı bu adın məsuliyyətində çox keyfiyyətlərin dayandığını dərk etmir...?
Əslində bütün qadınlarda görmək istədiyim dəyər və keyfiyyətlər şairlərdə daha qabarıq olmalıdı, düşüncəsindəyəm.
Axı biz qadınları incə məxluq adlandırırlar. Olmazmı ki, bu sözü tam mənasında mənimsəyək?!!!


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər