Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Vüqar Bayramov: “Neftin qiymətinin enməsinin sosial xərclərə təsiri olmayacaq”

Baxılıb: 3208     Tarix: 23-04-2020 16:43   
Vüqar Bayramov: “Neftin qiymətinin enməsinin sosial xərclərə təsiri olmayacaq”


“Neftin qiymətinin enməsinin sosial xərclərə təsiri olmayacaq. Nəzərdə tutulan bütün sosial layihələr icra olunacaq”.


Sumqayitfakt.Az xəbər verir ki, bunu olkə.az-a açıqlamasında deputat Vüqar Bayramov neftin qiymətinin enməsi və ölkə iqtisadiyyatına təsirləri ilə bağlı mövqeyini açıqlayarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan neft ixrac edən ölkə olduğundan neftin dünya bazarındakı qiyməti də əhəmiyyət daşıyır.

“Nəzərə alsaq ki, Azərbaycanın ixracatının 81 faizini xam neft təşkil edir. Bu baxımdan neftin dünya bazar qiymətində olan dəyişikliklər ölkəyə daxil olan valyuta həcminə birbaşa təsir göstərir. O baxımdan mövcud qiymətlər Azərbaycan üçün də arzuolunan deyil. Mövcud vəziyyətdə bütün neft ixtrac edən ölkələrinin gəlirlərinin azalmasına gətirib çıxarıb”- deputat bildirib.

V. Bayramov əlavə edib ki, digər tərəfdən də pandemiyanın iqtisadiyyata təsirləri var:
“Pandemiya real sektorda aktivliyin azalmasına gətirib çıxarıb. Digər tərəfdən neftin qiymətinin aşağı düşməsi ölkəyə daxil olan valyutanın azalmasına səbəb olub. 2020-ci ilin dövlət büdcəsinin 46 faizi qeyri-neft sekorunun payına düşüb. Birinci rübün yekunlarına görə qeyri-neft sektorunda nəzərdə tutulan proqnozlar yerinə yetirilib. Təbii iki ilk ayda büdcəyə daxilolmalar çox olub. Amma nəzərə alsaq ki, mart-aprel-may pandemiyanın aktiv olduqları aylardır və bu da təbii olaraq büdcə daxilolmalarına təsir göstərəcək. Çox güman ki, büdcə daxilolmalarında azalma olacaq. Eyni zamanda büdcə gəlirlərinin digər 54 faizi neft sekorunun payına düşür. Onu da qeyd edək ki, Neft Fondu 6.7 mlrd dolları manata çevirərək büdcəyə transfert edəcək. Neft Fondunun aktivlərinin 40 milyard dollardan çox olduğunu nəzərə alsaq, Fondun həmin vəsaitin transfertində hər hansı çətinlik olmayacaq. Bütün bunlara baxmayaraq 2020-ci ilin həm cari, həm investisiya xərclərində azalma olacağı gözlənilir”.

Deputat onu da bildirib ki, Prezidentddə çıxışlarında bəzi təsiri olmayan cari və investisiya xərclərin təxirə alınması ilə bağı göstəriş verib: “Bu cari və investiya xərcləri növbəti illərə saxlanacağı gözlənilir.

Amma sosial xərclərlə bağlı azalma olmayacaq. Büdcə xərclərində sosial xərclərin payı 38,5 faizdir. Bu da bütün sosial layihələri maliyəlləşdirmə imkan verir. Bütün hallarda neftin qiymətinin enməsi Azərbaycan iqtisadiyyatı üçün arzuolunan deyil. Təbii ki, postpandemiya, həm də neftin mövcud dünya qiymətlərinin aşağı olması və post neft dövrü üçün iqtisadiyyatının şaxələndirilməsi çox vacibdir”.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər