Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
Ən çox oxunanlar
Sorğu

SOCAR-ın “Azərikimya” İstehsalat Birliyində modernizasiya layihəsinin icrası sona yaxınlaşır -ŞƏKİLLƏR

Baxılıb: 4157     Tarix: 14-02-2020 17:43   
SOCAR-ın “Azərikimya” İstehsalat Birliyində modernizasiya layihəsinin icrası sona yaxınlaşır

SOCAR-ın “Azərikimya” İstehsalat Birliyində (İB) modernizasiya layihəsinin icrası sona yaxınlaşır. “Azərikimya” İB-də əsas məhsullar üzrə faktiki istehsal iki dəfə, bəzi hallarda üç dəfə artacaq. Etilen-polietilen zavodu “SOCAR Polymer” kompleksini dayanıqlı xammal ilə təchiz edəcək. Zavodun istismar dövrü ən azı 20 il uzadılacaq, qurğuların etibarlılığı və səmərəliliyi yüksələcək.

Sumqayitfakt.Az xəbər verir ki, SOCAR-ın “Azərikimya” İB-nin Etilen-polietilen zavodunda genişmiqyaslı modernizasiya və yenidənqurma layihəsi uğurla davam etdirilir. Görülən işlərlə tanış olmaq üçün fevralın 13-də KİV nümayəndələri üçün Sumqayıta press-tur təşkil olunub.

Sumqayıtın kimya sənayesinin dayağı olan Etilen-polietilen zavodu yenidən qurulur

Görülən işlərlə tanışlıq zamanı məlumat verilib ki, Yeni Buxar Turbogenerator qurğusunun inşası ilə zavodda elektrik enerjinin istehsalı təxminən iki dəfə artacaq. “Azərikimya” İB özünün enerji tələbatını daxili imkanlar hesabına tam təmin edəcək, 35 Mvt/s izafi elektrik enerjisi isə digər istehlakçılara ötürüləcək.

Birlik zavodun modernizasiyadan sonra yeni konfiqurasiyada istismara verilməsində SOCAR-ın Türkiyədə Petkim şirkətində qazandığı təcrübədən yararlanacaq.

Modernizasiya layihəsinin əsas məqsədindən biri Sumqayıt Kimya Sənaye Parkında inşa olunmuş yeni “SOCAR Polymer” kompleksinin zavodlarını dayanıqlı rejimdə və lazımlı miqdarda etilen, propilen, saf hidrogen və enerji ilə təmin etməkdir. İstehsal məqsədi ilə istifadə edilən xammal isə zavoda SOCAR-ın digər müəssisəsindən - Heydər Əliyev adına Neft Emalı Zavodundan təchiz olunur. Beləliklə, Etilen-polietilen zavodu SOCAR-ın dəyər zəncirinin mərkəzində qərarlaşır və xam neftin çıxarılmasından polimerlərin istehsalına qədər uzanan zəncirin mühüm birləşdirici həlqəsini təşkil edir. Layihə nəticəsində zavodun istismar müddəti ən azı 20 il uzadılacaq, qurğuların etibarlılığı və səmərəliliyi artırılacaq.
Layihənin icra qrafikinə uyğun olaraq, aktiv inşaat işləri 2017-ci ildə başlanıb. Tikinti və montaj işlərinə əsasən Sumqayıt şəhərindən və ətraf regionlardan orta hesabla 2000 nəfərdən çox mütəxəssis işə cəlb olunub ki, onların da 94 faizini yerli mütəxəssislər təşkil edir.

Yenidənqurma və modernizasiya layihəsinin baş podratçısı “Technip” şirkətinin İtaliya ofisidir. Layihənin idarə edilməsində məsləhətçi kimi SOCAR-KBR şirkəti iştirak edir. Müxtəlif mərhələlərdə texniki məsləhətçi kimi FLUOR şirkətinin Niderland ofisi və Clifford Chance şirkətinin İngiltərə ofisi layihəyə dəstək verib. Tikinti-quraşdırma işləri SOCAR-ın birgə müəssisəsi “Azfen” və Türkiyənin “Üstay” şirkətlərinə həvalə olunub. Ümumilikdə, layihəyə dünyanın 50 ölkəsini təmsil edən 50-dən çox istehsalçı və podratçı şirkət cəlb edilib.

“Petkim” və “Azərikimya” əməkdaşlığı çərçivəsində SOCAR Azərbaycanda öz beynəlxalq təcrübəsindən yararlanacaq

SOCAR-ın beynəlxalq təcrübəsindən Azərbaycanda yararlanmaq məqsədi ilə “Azərikimya” İB və Dünya İqtisadi Forumu tərəfindən dünyanın ən çox rəqəmsallaşan 18 şirkət sırasına daxil edilmiş SOCAR-ın Türkiyədəki analoji müəssisəsi - “Petkim Petrokimya Holding A.Ş.” arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb. SOCAR-ın Türkiyə və Azərbaycandakı zavodlarının əməkdaşları arasında müasir bilik və təcrübə mübadiləsi aparılacaq. “Azərikimya” İB-nin bir qrup gənc mühəndisi yeni qurğuların idarəetmə mexanizmlərini dərindən mənimsəmək məqsədilə 2020-ci ilin birinci rübündə intensiv praktiki təlimlərdə iştirak etmək üçün mərhələli şəkildə “Petkim Petrokimya Holding A.Ş.”yə ezam olunur.

Yeni Buxar Turbogenerator qurğusu zavodun enerji tələbatını tam təmin edəcək

Etilen-polietilen zavodunda həyata keçirilən digər bir iri layihə Buxar Turbogenerator qurğusunun tikintisidir. Layihənin məqsədi zavodu elektrik enerji ilə təmin edən Buxar Generator Kompleksinin effektivliyini və istehsal gücünü artırmaqdır. Layihənin icrası üçün 2016-cı ildə SOCAR Almaniyanın UNİPER şirkəti ilə saziş imzalayaraq, “SOCAR-UNİPER” birgə müəssisəsini yaradıb. Hazırkı Buxar Generator Kompleksinin layihə gücünün 32 Mvt/s-dən (faktiki 13 Mvt/s) layihə gücünün 65 Mvt/s gücünə çatdırılması nəzərdə tutulur. Bunun üçün əlavə turbogenerator quraşdırılır və mövcud texnoloji sistem təkmilləşdirilir. Həmçinin “Azərikimya” İB-nin daxili imkanları hesabına mövcud köhnə yarımstansiya yenidən qurulur.

Layihə başa çatdırıldıqdan sonra “Azərikimya” İB-nin indiyə qədər əsasən Sumqayıt Elektrik Şəbəkəsindən aldığı 30 Mvt/s-lıq enerji tələbatı artıq öz imkanları ilə tam təmin olunacaq, istehsal edilən qalan 35 Mvt/s elektrik enerjisinin şəbəkə vasitəsilə SOCAR-ın digər müəssisələrinə, eləcə də Sumqayıt şəhərinin digər istehlakçılarına ötürməyə imkan yaranacaqdır.

Hər iki layihənin tam olaraq cari ilin 3-cü rübündə yekunlaşması nəzərdə tutulur.

Sumqayitfakt.Az












Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər