Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu

Tramp savaşın yeni mərhələsini başlatdı: dolların taleyi…

Baxılıb: 344     Tarix: 03-10-2019 12:59   
Tramp savaşın yeni mərhələsini başlatdı: dolların taleyi…
ABŞ-ın Avropadan idxal etdiyi şərab, viski, pendir və bir sıra başqa məhsullara yeni idxal vergisi tətbiq etməsi qlobal ticarət savaşının yeni mərhələyə qədəm qoyması deməkdir.

Sumqayitfakt.Az xəbər verir ki, bu sözləri iqtisadçı alim Vüqar Bayramov oktyabrın 18-dən etibarən ABŞ-ın Avropadan idxal etdiyi şərab, viski, pendir və bir sıra başqa məhsullara yeni idxal vergisi tətbiq etməsi barədə qərarına münasibət bildirərkən deyib.
V.Bayramov bildirib ki, bu kontekstdən 2020-ci ildə də qlobal iqtisadi artım tempinin azalması və strateji bazarlarda volatilliyin yüksək olması gözləniləndir:
“Dünən Ümumdünya Ticarət Təşkilatına (ÜTT) müraciət edən Tramp Administrasiyası Fransa, Almaniya, İspaniya və Böyük Britaniyadan idxal edilən şərnişin təyyarələrinə 10 faiz, İrlandiya və Şotlandiya viskiləri və digər Avropa məhsullarına 25 faiz rüsüm tətbiq etmək niyyətindədir. Deməli, ticarət savaşları yeni qlobal iqtisadi böhran üçün ciddi əsaslar yaratmaqdadır.

Yeni qlobal ticarət savaşı artıq birjalara təsir göstərməkdədir. “Brent” markalı neftin bir barrelinin qiyməti 58 dollardan aşağı düşüb. Neftin qiyməti Azərbaycana daxil olan valyutanın həcmi baxımdan çox vacibdir. Ölkəmizin ixracatında xam neftin payı 81 faiz, enerji məhsullarının ümumi payı isə 90 faizə yaxındır. 2019-cu il dövlət büdcəsində neftin bir barrelinin qiyməti 60 dollar nəzərdə tutulub. Hələlik orta qiymət 60 dollardan yüksək olsa da, növbəti 3 aydakı tendensiya heç də nikbin notlar formalaşdırmır. Azərbaycan üçün fiskal qırmızı xətt 60, monetar qırmız xətt isə 50 dollardır. Bu baxımdan, neftin qiymətindəki azalmalar monetar baxımdan da arzuolunan deyil”.

V.Bayramov bildirib ki, neftin qiymətində azalmalar davam edirsə, bu, dünya bazarında dolların möhkəmlənməsinə səbəb olacaq:

“Bu halda ölkəmizdə də dollara tələbin artacağı istisna edilmir. Hər halda, qlobal ticarət savaşı nəinki inkişaf etmiş, heç inkişaf etməkdə olan ölkələr üçün də yaxşı nə isə vəd etmir”.axar.az

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər