Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu

Zakir Fərəcov 400 minlik müqavilə imzaladı – Tenderin qalibi yenə “Ximekspress 2000”dir

Baxılıb: 3117     Tarix: 25-09-2019 18:50   
Zakir Fərəcov 400 minlik müqavilə imzaladı – Tenderin qalibi yenə “Ximekspress 2000”dir
Sumqayıt Şəhər İcra Hakimiyyəti avtomobil yollarının asfalt örtüyünün təmiri işlərinin davam etdirilməsi üçün 389 min 711.4 manat dəyərində müqavilə bağlayıb.

Sumqayitfakt.Az xəbər verir ki, müqavilə “Ximekspress 2000” firması ilə imzalanıb. Sumqayıt Şəhər İcra Hakimiyyəti vaxtaşırı bu firmaya müraciət edir. Sumqayıtın 70 illiyi ilə bağlı yubiley tədbirlərinin keçirilməsi, şəhərdə abadlıq və təmir işlərinin görülməsi üçün də bu firmaya müraciət edilib. İcra hakimiyyəti ilə firma arasında toplam 3 milyon manat dəyərində müqavilə bağlanıb.

“Ximekspress 2000” firması 25 may 2000-ci ildə dövlət qeydiyyatına alınıb. Reyester məlumatlarında firmanın nizamnamə kapitalının 40 manat olduğu qeyd edilib. Firmanın qanuni təmsilçisi isə Nuriyev İlqar Cəllad oğludur.

“Ximekspress-2000”-də baş direktor vəzifəsi daşıyan İlqar Nuriyev 2009-cu ildə hakim Yeni Azərbaycan Partiyasının (YAP) xəttilə Sumqayıt bələdiyyəsinin üzvü seçilib.

İlqar Nuriyevin rəhbərlik etdiyi firma bəzi rayonlarda təhsil ocaqlarının təmirini də həyata keçirib. Bu ilin avqust ayında isə mediada Qusar rayonu Quxuroba kənd orta məktəbinin müəllimlərinin “Ximekspress 2000” firması barədə şikayəti tirajlanıb. Şikayətdən aydın olur ki, frma məktəb binasını təmir üçün söküb. Amma dərs ilinin başlanmasına az vaxt qalsa da, təmir işlərinə başlamayıb.

“Ximekspress 2000” haqqında daha bir məlumat bundan ibarətdir ki, firma Maliyyə Bazarlarına Nəzarət Palatası və Vergilər Nazirliyi ilə məhkəmə çəkişməsi yaşayıb. Hər iki məhkəmədə “Ximekspress 2000” qalib gəlib.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər