Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Ən çox oxunanlar
Sorğu

Dünyada ərzaq ucuzlaşır: Azərbaycanda niyə bahalıqdır? – SƏBƏBLƏR

Baxılıb: 348     Tarix: 05-09-2019 16:45   
Dünyada ərzaq ucuzlaşır: Azərbaycanda niyə bahalıqdır? – SƏBƏBLƏR
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) avqust ayında bir sıra ərzaq qiymətlərinin üç dəfə ucuzlaşması barədə məlumat açıqlayıb.
Əsasən şəkər, buğda və qarğıdalının qiymətlərində kəskin azalma göstərilir. Düyünün qiymətində isə artımın olduğu deyilir.

Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli cebhe.info-ya bildirib ki, təşkilatın ucuzlaşmanı hansı ölkələr üzrə götürdüyü məlum deyil:

“Çox güman ki, FAO qiymətləndirməni sözügedən məhsullar üzrə qlobal istehsalı olan ölkələrdən götürüb. Ümumiyyətlə, dünya üzrə bütün ölkələrdə avqust ayında insanların istehlak səviyyəsi aşağı düşür. Bu, iqlim amili ilə bağlıdır. Azərbaycan adıçəkilən məhsulların əksəriyyətinin xammalını kənardan alır. Azərbaycanda bir şəkər emalı müəssisəsi var. Şəkər çuğundurunun əkini hələ indi tədricən yayılmağa başlayıb. Əkin strukturunda şəkər çuğunduru böyük yer tutmur. Deməli, şəkər çuğundurunun əkini tədricən genişləndirilir. Son illər dövlət şəkər çuğundurunu subsidiyalaşdırmağa başlayıb. Bunun müəyyən təsirləri var, amma ümumilikdə şəkər məsələsində ölkənin asılılığının olduğu bir faktdır. Doğrudur, istehsal 100 faizdir, amma onun xammalı 100 faiz yerli istehsal hesabına deyil”.

Nicat Nəsirli qeyd edib ki, illərdir quşçuluq məhsulları üzrə 70-80 faiz təminatdan yuxarı çıxa bilmirik:

“Çünki ölkədə quşçuluq yeminin tam olaraq istehsal olunmasına nail ola bilməmişik. Daxili istehsal yem komponentlərinin maya dəyərini ucuzlaşdırar. Xüsusən kənd təsərrüfatı üzrə maya dəyərinə təsir edən faktorlar həmin məhsulların ucuzlaşmasının qarşısını alır. Amma hansı məhsullar ki, 100 faiz yerli istehsal hesabına başa gəlir, onlar bazarlarda kifayət qədər əlverişli qiymətlərə formalaşır”.

Sumqayitfat.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər