Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Ən çox oxunanlar
Sorğu

Maaşların artırılmasından sonra qiymətlər artacaq? - Ekspertdən AÇIQLAMA

Baxılıb: 387     Tarix: 02-09-2019 14:30   
Maaşların artırılmasından sonra qiymətlər artacaq? - Ekspertdən AÇIQLAMA
"Maaşların artırılmasından sonra qiymətlərin artması gözlənilir. Düzdür, burada psixoloji gözləntilər də var ki, daha çox pul dövriyyəyə girəcəksə, bu infliyasiyanı və qiymət artımını sürətləndirəcək. Buna baxmayaraq qiymət artımı üçün obyektiv səbəblər də var".

Sumqayitfakt.Az xəbər verir ki, bu sözləri Yeniavaz.com-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O bildirib ki, dövlət tərəfindən bazar qiymətlərinə müdaxilə edilməsi səhv addımdır: "Biz bu təcrübəni sovet dövründə də yaşamışıq. Necə ki insanlar bu zaman məhsulları talon vasitəsilə almağa məcbur olmuşdu.
Azərbaycanda bazar iqtisadiyyatı qaydalarını tam mənası ilə tətbiq edə bilsək və bu qaydalar çalışmağa başlasa, qiymətlər bazarın qaydalarına uyğun tənzimlənsə bu hal qalıcılaşar ki, bu da vətəndaşların mənafeyinə xidmət edər. Söhbət rəqabətli mühitin artmasından, istehsalın genişləndirilməsindən, kənd təsərrüfatı məhsullarının istehsal həcminin artmasından - yəni məhsul bolluğundan gedir. İqtisadiyyatın qızıl qaydalarından biri tələb və təklif arasında qiymətin formalaşması qanunudur və bu Azərbaycanda təəssüf ki, çox zaman işləmir. Əsasən idxal mallarında olmaqla inhisarçılıq məsələləri ortaya girir, bazara nəzarətin bir neçə şirkətin əlində olduğu üzə çıxır ki, bunlar da süni qiymət artımına zəmin yaradır".
Ekspert Azərbaycanda "bayramqabağı" qiymət artımlarının səbəbini isə qış aylarında yerli məhsulların bazarlarda azalmasını göstərib: "Adətən oktyabr ayının sonu, noyabr ayının əvvəllərindən etibarən artıq bazarlarda mövsümlə əlaqədar olaraq yerli məhsullar azalmağa başlayır və əvəzini idxal mallar tutur. Təqribən dekabr ayının əvvəllərindən başlayaraq isə Yeni il bayramı ərəfəsinə qədər kəskin qiymət artımları müşahidə olunur. Ümumiyyətlə Azərbaycanda Yeni il və Novruz bayramları ərəfəsində belə qiymət artımları artıq ənənə halını alıb".
N. Cəfərli bildirdi ki, süni qiymət artımlarının qarşısnın alınması üçün yeni iqtisadi həmlələr edilməlidir: "Bunun qarşısını almağın yolu inzibati deyil, bunun qarşısını almağın yolu bazarda oyunçuların sayının artırılması üçün güzəştli təşviq addımlarının atılması və gömrük siyasətinin liberallaşdırılmasıdır. Bax bu iqtisadi həmlələr, rəqabətli mühitin genişləndirilməsi yolu ilə bazra dövlət tərəfindən dolayı müdaxilələr daha effektiv və qalıcı olur ki, bu da bazarda qiymətlərin artımını tənzimləyən əsas iqtisadi faktora çevrilir".

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər