Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Ən çox oxunanlar
Sorğu

Xaricdən gətirilən kərə yağları kəskin ucuzlaşdı - Marketlərdə nə vaxt ucuzlaşacaq?

Baxılıb: 325     Tarix: 14-08-2019 14:52   
Xaricdən gətirilən kərə yağları kəskin ucuzlaşdı - Marketlərdə nə vaxt ucuzlaşacaq?
Bu ilin yanvar-iyul ayları ərzində ölkəyə 37 milyon 304,89 min dollar dəyərində 7 min 482,15 ton kərə yağı idxal olunub.

Sumqayitfakt.Az Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 7 ayında idxal etdiyimiz kərə yağının miqdarı 13,2% və ya 5,7 min ton azalıb.
Məlumat üçün qeyd edək ki, kərə yağının 1 kiloqramının gömrük dəyəri ötən ilin yanvar-iyul aylarında 5,9 dollar (10 manat) olduğu halda, bu ilin ilk 7 ayında 4,98 dollara (8,47 manat) düşüb. Rəqəmlərdən də göründüyü kimi bir il əvvəl ilə müqayisdə kərə yağının hər kiloqramı ölkəyə təxminən 1 manat 50 qəpik daha ucuz daxil olub. Bu isə təxminən 25% ucuzlaşa deməkdir.
Dünya bazarında da son zamanlar kərə yağının qiymətində ucuzlaşma müşahidə olunur. Bu ilin aprel ayının ortalarında dünya bazarlarında 1 ton kərə yağının orta qiyməti 5 500 dollar olduğu halda, hazırda 4 100 dollarakimi ucuzlaşıb.
Onu da qeyd edək ki, 2017-ci ilin dekabr ayından etibarən ölkəyə idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları 3 dəfə azaldılıb. Əvvəllər idxal edilən kərə yağı üçün 15% həcmində rüsum tutulurdusa, hazırda bu rəqəm 5%-ə bərəbardir.
Lakin maraqlıdır ki, idxal rüsumlarının azaldılması, həmçinin xaricdən gətirilən kərə yağının gömrük dəyərinin aşağı düşməsinə baxmayaraq daxili bazarda kərə yağının qiymətində ciddi dəyişiklik yoxdur. Xaricdən idxal olunan kərə yağlarının əksəriyyəti marketlərdə bir il əvvəl neçəyə satılırdısa, hazırda da o qiymətə satılır.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər