Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Ən çox oxunanlar
Sorğu

Gürcüstan Azərbaycandan dizel yanacağı almaqdan imtina etdi - SƏBƏB

Baxılıb: 347     Tarix: 06-08-2019 20:22   
Gürcüstan Azərbaycandan dizel yanacağı almaqdan imtina etdi - SƏBƏB
Gürcüstan Azərbaycandan dizel idxalını dayandırır.

Bu barədə Gürcüstanın İctimai Televiziyası məlumat yayıb.

“Moskva-Bakı” portalının yazdığına görə, bu barədə qərar Gürcüstanın Neft İdxalçıları Birliyi tərəfindən təşkil olunan seminarda elan edilib.

Qeyd olunub ki, 2020-ci il yanvarın 1-dən Gürcüstanda Avro-4 dizel yanacağının istifadəsi qadağan ediləcək. Ölkədə yalnız Avro-5 standartlarına cavab verən dizeldən istifadə ediləcək. Bu səbəbdən Gürcüstana Azərbaycandan dizel idxalı dayandırılacaq.

Dizelin Rusiyadan alınacağı bildirilir.

Bu arada SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov 2020-ci ildən Gürcüstanın Azərbaycandan dizel yanacağı idxalını dayandırascağı barədə xəbəri Turan-a təsdiqləyib. Onun sözlərinə görə, Azərbaycandan dizel yanacağının idxalı Gürcüstan hökümətinin qərarı əsasında dayandırılacaq: "Qeyd edim ki, Azərbaycan tərəfi özü də hələ əvvəlki illərdə dizelin ixracını əhəmiyyətli dərəcədə azaldıb. Bu isə daxili bazarımızda son illərdə müşahidə olunan ciddi tələbat artımı ilə bağlıdır."

İ.Əhmədov vurğulayıb ki, hazırda SOCAR Gürcüstan ilə yanaşı, bir çox digər ölkələrə də, əsasən Aralıq dənizinin hövzəsinə neft məhsulları və dizel yanacağı ixrac edir: "Mövcud satış şəbəkəmizdən istifadə edərək, biz gələcəkdə sərbəst qalan dizel həcmlərini həmin bazarlara yönləndirməyi və oradakı iştirakımızı artırmağı planlaşdırırıq."

SOCAR sözçüsü sonda deyib: “Ötən illərin təcrübəsi artıq göstərib ki, həmin bazarlara dizel məhsulunun daha böyük həcmlərdə çıxarılması üçün yetərli potensial mövcuddur”.

Xatırladaq ki, hazırda Gürcüstan dizel yanacağını ən böyük həcmdə Azərbaycandan idxal edir. Azərbaycandan idxal edilən neft məhsulları Rusiya məhsullarından 15 tetri ucuzdur.virtualaz.org

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər