Xəbər xətti

22-05-2019

21-05-2019

Yazarlar

Namiq Dəlidağlı




Rublika
Arxiv
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Ən çox oxunanlar
Sorğu

Sumqayıtda 300 milyon dollara şin zavodu qurulacaq

Baxılıb: 346     Tarix: 03-05-2019 09:55   
Sumqayıtda 300 milyon dollara şin zavodu qurulacaq
“Şinzavod”un sabiq direktoru: “Bu zavod zəruri xammalların istehsalını qurmağa təkan verə bilər”

Bu günlərdə Pekində keçirilən “Bir kəmər, bir yol” ikinci beynəlxalq konfransı çərçivəsində Azərbaycanla Çin arasında 821 milyon dollar dəyərində 10 investisiya sənədi imzalandı. Bu sənədlərdən biri Azərbaycan İnvestisiya Şirkəti ASC və Çinin “Çin Milli Elektrik Mühəndisliyi Ko. Ltd” (CNEEC) şirkəti arasında əməkdaşlığa dair anlaşma memorandumudur. Memorandum Çin şirkətinin Sumqayıt Kimya Sənaye Parkında avtomobil şini istehsalı zavodunun yaradılmasında iştirakını nəzərdə tutur.

İqtisadiyyat naziri Şahin Mustafayevin verdiyi məlumata görə, Çin şirkəti Sumqayıt Kimya Sənaye Parkının rezidenti olacaq. İlkin razılaşmaya əsasən İnvestisiya Şirkəti layihədə 10 faiz payla iştirak edəcək. Layihəyə əsasən illik istehsal gücü 3,3 milyon ədəd şin olan zavod yaradılacaq. Bunun 3 milyonu minik, 300 mini isə yük avtomobilləri üçün olacaq. Nazirin dediyinə görə, 800 nəfərin işləyəcəyi müəssisə 300 milyon dollara başa gələcək. Bu vəsaitin 90 faizini Çin şirkəti yatıracaq.

Sumqayıtda yaradılacaq zavod istehsalı həm yerli, həm də xarici xammal hesabına təmin edəcək. İstehsal olunan məhsul daxili tələbatın ödənməsi ilə yanaşı, xaricə də ixrac olunacaq.

Qeyd edək ki, Azərbaycanda sovet dövründə şin istehsalı zavodu yaradılıb. Belə ki, 1959-cu ildə Bakı Şin Zavodu istismara verilib. Zavod üçün xammalı 1953-cü ildə Sumqayıtda yaradılmış sintetik kauçuk kombinatı, Qaradağ rayonundakı soba dudası istehsalı zavodu, həmçinin neftayırma zavodu və digər müəssisələr verirdi. Yəni şin istehsalı tamamən yerli xammal hesabına həyata keçirilirdi. İllik 1 milyard 850 miliyon şin istehsal gücü olan Bakı Şin Zavodunda yük, minik, kənd təsərrüfatı texnikası və motosiklet şinləri və o qədər də rezin kamerlər istehsal edilməsini təmin edən yerli xammallar idi. Bakı Şin Zavodu 1959-cu ildən 1993-cü illərə gədər tam gücü ilə işləyib.

1988-94-cü illərdə zavodun direktoru işləmiş Felmar Ələkbərovun “Yeni Müsavat”a dediyinə görə, şin istehsalı üçün zəruri olan əsas xammal sintetik kauçukdur: “Zavodda iki cür kauçukdan istifadə olunurdu. Birini Sumqayıtda, digərini Bakıdakı sintetik kauçuk zavodları istehsal edirdilər. İndi hər iki zavodun fəaliyyəti dayanıb. Bu, 90-cı illərdə kimya-sənayesi müəssisələri ”Azərkimya" İstehsalat Birliyinə veriləndən sonra baş verdi. Bu şirkətin rəhbəri olan Fikrət Sadıqovun fəaliyyəti müəssisələrin dağılmasına, avadanlıqların poladəritmə müəssisəsinə verilməsinə gətirib çıxardı. Təsəvvür edin ki, SSRİ-də olan 15 şin zavodundan yalnız Azərbaycandakı fəaliyyətini dayandırdı, qalan hamısı bu gün fəaliyyətdədir, hətta İrəvandakı zavod da. Biz ekoloji baxımdan daha təhlükəsiz şin zavodu tikdik - Qaradağda. Elə zavod hazır olan kimi məni işdən uzaqlaşdırdılar. Daha sonra həmin zavod özəlləşdirildi, profili dəyişib şüşə istehsalı müəssisəsinə çevrildi".

Sabiq direktorun sözlərinə görə, şin istehsalı çox mürəkkəb məsələdir: “50-dək komponent lazımdır. Minik, yük, velosiped, motosikl üçün ayrı materialdan hazırlanır, yay, qış mövsümü üçün tamam fərqli materiallar tələb olunur. Texnologiyası da xeyli mürəkkəbdir. Bu gün Azərbaycanda şin istehsalının qurulması çox vacib məsələdir. Çünki avtomobillərin sayı ilbəil artır, şinlə təminat isə tamamən xaricdən idxal hesabına həyata keçirilir. Çin texnologiyalarının bura gətirilməsi çox müsbət haldır. Çünki Çin şin istehsalı sahəsində ən müasir texnologiyalara malikdir”.

F.Ələkbərovun fikrincə, zavodu yaratmaqla yanaşı, onun yerli xammalla təmin olunmasına da diqqət yetirilməlidir: “Həm kauçuk, həm soba dudası, həm yağlar və digər xammalların istehsalını qurmaq üçün bu zavod bir təkan ola bilər. Əsas xammal - neft-qaz var. Biz Sumqayıtda yeni texnologiyalar əsasında metan qazından kauçuk əldə edirdik. Yəni şin istehsalı üçün bütün xammalı Azərbaycanın özündə istehsal etmək mümkün və realdır. Yetər ki, müvafiq strukturlar maraqlı olsunlar, investorları cəlb edə bilsinlər. Düşünürəm ki, şin zavodu fəaliyyətə başladıqdan sonra investorların xammal istehsalına marağı da artacaq”.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ildə Azərbaycana xaricdən 60 milyon 713.05 manat dəyərində 1 milyon 669 500 ədəd təzə pnevmatik rezin şinlər idxal olunub.

Pnevmatik rezin şinlər, bərpa edilmiş və istifadə olunmuş; massiv və yarıpnevmatik şinlər, şin protektorları, çənbər lentlərinin idxalı isə 318 min 682 ədəd təşkil edib.

Qeyd olunan dövrdə Rusiyadan 224 552 ədəd, Çindən 436 018 ədəd, avtomobil idxalında əsas yeri tutan Almaniyadan isə cəmi 5532 ədəd minik avtomobilləri üçün təzə pnevmatik rezin şin idxal olunub. Almaniyadan idxal olunan istifadə olunmuş şinlərin sayı isə 285 591 ədəd təşkil edib. Yük avtomobilləri və avtobuslar üçün təzə pnevmatik rezin şinlərin isə 55 479 ədədi Rusiyadan, 172 795 ədədi Çindən gətirilib.

2018-ci il yanvarın 1-dən etibarən ölkəyə şin idxalına rüzumlar xeyli artırlıb. Belə ki, minik avtomobilləri, avtobus və yük maşınları üçün bərpa edilmiş bir ədəd şinə görə 10 dollar, hava gəmilərində istifadə edilən şinlər üçün isə 5 dollar rüsum müəyyən edilib, nəticədə köhnə təkərlərin gömrük rüsumu 3 dəfə artırılıb.

Maraqlıdır ki, işlənmiş şinlərə rüsumların artırılması yeni şinlərin idxalını artırmayıb. Belə ki, 2018-ci ildə 1 milyon 582 356 ədəd təzə pnevmatik rezin şinlər idxal olunub. İstifadə olunmuş şinlərin sayı isə 132 min 405 ədədə düşüb ki, bunun da 103 min 526 ədədi Almaniyadan gətirilib. Çindən həm minik, həm də yük avtomobilləri üçün şin idxalı isə ötən il xeyli artıb - müvafiq olaraq 512 303 ədəd və 142 min 381 ədəd.musavat.com

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər