Xəbər xətti

16-01-2019

Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu

Bu peşələr növbəti 10 illər ərzində sıradan çıxacaq SİYAHI

Baxılıb: 273     Tarix: 16-12-2018 20:48   
Bu peşələr növbəti 10 illər ərzində sıradan çıxacaq
Dünyada texnologiyaların inkişafı nəticəsində bir sıra peşələr və iş növləri aradan qalxacaq, milyonlarla insan iş yerlərini itirməli olacaq.

Bunu "Azərkosmos" ASC-nin sədr müavini Rövşən Rüstəmov Milli Məclisdə Parlamentlərarası İttifaqın Gənc Parlament üzvlərinin 5-ci Qlobal konfransında deyib.
R.Rüstəmov qeyd edib ki, elm və texnologiyaların inkişafı növbəti 15 il ərzində daha da aktual olacaq. Onun fikrincə, xüsusilə də internet texnologiyaları, süni zəkanın daha çox inkişaf etməsi gözlənilir:

"Robortlar artıq son illər ərzində populyarlaşıb və gələcəkdə daha da populyarlaşacaq. Növbəti illərdə bir çox işlərin avtomatlaşdırılmasının şahidi olacağıq. Broker, bank işçisi, hüquqşünas, auditor, kassir kimi peşələr növbəti 10 illər ərzində aradan çıxacaq. Ona görə də inklüziv dayanıqlı iqtisadi inkişaf üzrə "hamıya iş yerləri” şüarı altında işlər aparılmalıdır. Ümumilikdə tendensiya belədir ki, müəyyən iş növləri aradan qalxacaq, daha çox yaradıcılıq, liderlik bacarıqları yaxşı olanlar üçün iş yerləri aktual olacaq. Milyonlarla insan peşələrini dəyişməsə, işlərini itirəcəklər. İnsanlar bu riskləri nəzərə almalıdırlar, hökumətlər, qeyri-hökumət təşkilatları insanları maarifləndirməli və stimullaşdırmalıdırlar ki, yeni peşələrə yiyələnsinlər”.

O əlavə edib ki, Azərbaycanda insan kapitalı gələcəkdə gözlənilən dəyişikliklərə uyğunlaşmağa hazırdır: "Təbii ki, bunun arxasında düzgün qərarlar olmalıdır. Hazırda Azərbaycanın peykləri gənc azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur. 2011-ci ildə "Azərkosmos" ASC yaradılanda xaricdə təhsil almış azərbaycanlı gənclərin ölkəyə qayıtması nəticəsində biz "Azərkosmos" komandasının formalaşdırılmasında heç bir çətinlik yaşamadıq”.

Azərkosmosda aparılan işlər barədə də danışan R.Rüstəmov bildirib ki, ASC-də tədqiqatlar və inkişaf mərkəzləri yaradılıb. Həmin mərkəzlərdə gənclər peyklərin idarə olunması üçün proqram təminatları hazırlayırlar./moneta.az

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər